4 saylı cəzaçəkmə müəssisəsindən 4 qadın azadlığa buraxılıb
Bakı, 26 may, AZƏRTAC
Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində də icra olunur.
AZƏRTAC xəbər verir ki, qadın məhbusların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsindən dörd nəfər azadlığa buraxılıb.