Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti davam edir

Bakı, 26 may, AZƏRTAC
Hazırda Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyasının artaraq normadan 1.5-1.7 dəfə çox olduğu müəyyən edilib.
Bu barədə AZƏRTAC-a Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.
O bildirib ki, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir: “Tozlu hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi gözlənilir”.
Xatırladaq ki, səhər saatlarında havada tozun miqdarı normadan 1.3 dəfə artıq olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2025 [16:29]
Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edilib
- 23.04.2025 [15:33]