ABF prezidenti: Türkdilli Dövlətlərin Badminton federasiyaları ilk dəfədir bu cür təşəbbüsə qoşulub
Bakı, 8 noyabr, AZƏRTAC
Çox şadıq ki, belə tədbiri gözəl regionlarımızdan biri olan Şamaxıda keçirdik. Bu, onu göstərir ki, badmintonu Azərbaycanın hər yerində inkişaf etdirəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Badminton Federasiyasının (ABF) prezidenti Taleh Ziyadov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli Dövlətlərin beynəlxalq badminton turnirində jurnalistlərə açıqlamasında deyib.
ABF rəhbəri bildirib ki, Türkdilli Dövlətlərin Badminton federasiyaları ilk dəfədir bu cür təşəbbüsə qoşulub: “Çalışacağıq ki, bunu ənənə halına gətirək. Bu dövlətlərin idmanla yanaşı, həm siyasi, həm iqtisadi, həm mədəniyyət sahələrində çox yaxın əlaqələri var. Xüsusilə, idman sahəsində bu münasibətləri inkişaf etdirməkdən çox məmnunuq”.
O bildirib ki, Türkiyə Badminton Federasiyasının rəhbərliyi gələn il Türkdilli Dövlətlərin beynəlxalq turnirini təşkil etmək istəyirlər: “Bu barədə danışıqlar aparacağıq. Digər ölkələrin badminton federasiyaları ilə də bu mövzunu müzakirə edəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]