ABŞ-da pandemiya ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsini araşdıracaq
Bakı, 28 noyabr, AZƏRTAC
ABŞ-ın Nümayəndələr Palatasının nəzarət və hökumət islahatı komitəsi COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə ayrılan vəsaitin necə və haraya xərcləndiyi ilə bağlı təhqiqata başlayacaq.
AZƏRTAC xəbər verir ki, bunu Kentukki ştatından olan konqresmen Ceyms Komer NBC telekanalına müsahibəsində deyib.
“Komitənin aparacağı təhqiqatda israfçılıq, fırıldaqçılıq və sui-istifadə hallarının araşdırılması prioritet təşkil edəcək”, - deyə Ceyms Komer bildirib. Onun sözlərinə görə, son üç il ərzində hər iki administrasiya koronavirusla mübarizə üçün ayrılan yüz milyardlarla dollar vəsaiti boş yerə sərf edib.
Komitə, həmçinin “işsizlik sığortası üzrə saxta fondların maliyyələşdirilməsi” mövzusunda dinləmələr təşkil edəcək. Təhqiqat çərçivəsində 40-dan 50-dək müxtəlif halların araşdırılması nəzərdə tutulur. Komitədə 25 konqresmen və 70 əməkdaş çalışacaq.
ABŞ Prezidentinin baş tibbi müşaviri Entoni Fauçi dinləmələr başlayacağı təqdirdə ifadə verəcəyini və istintaqla əməkdaşlığa başlayacağını bildirib.
Ağ ev Ceyms Komerin müvafiq bəyanatını hələlik şərh etməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]