ABŞ-da sərt hava şəraiti ilə bağlı 3 mindən çox aviareys ləğv edilib
Bakı, 28 noyabr, AZƏRTAC
ABŞ-da bazar günü günorta saatlarına qədər 3 mindən çox aviareys ləğv edilib, 75 reys isə təxirə salınıb.
AZƏRTAC “Axios” portalına istinadla xəbər verir ki, sərt hava şəraiti - yağıntı, ildırım və güclü külək Birləşmiş Ştatların hava nəqliyyatında problemlərə səbəb olub. Bu, “Şükranlıq günü” tətilində səyahətə çıxan təxminən 55 milyon insana təsir edib.
Bazar günü ölkənin cənub-şərqində yerləşən Tennessi ştatının Memfis və Naşvill, habelə Kentukki ştatının Luisvill və Şimali Karolina ştatının Aşvill şəhərlərində saatda 40-56 kilometr sürətlə külək əsib. Kentukki ştatının bəzi ərazilərində küləyin sürəti saatda 85 kilometrə çatıb. Əlverişsiz hava şəraiti ilə bağlı bölgədə yaşayan 14 milyon insana xəbərdarlıq edilib.
Eyni zamanda, ölkənin Şimal-Şərq və Cənub-Şərq ştatları, Orta Atlantika və Böyük Göllər rayonu leysan yağışların təsirinə məruz qalıb. Güclü yağıntı Çikaqo, Sent-Luis, Detroyt, İndianapolis, Klivlend, Atlanta, Naşvill, Tennessi, Şarlotta, Nyu-York və Boston şəhərlərində avtomobillərin hərəkətinə maneələr törədib. Yuta, Vayominq və Kolorado ştatlarına isə güclü qar yağıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]