ABŞ Dövlət departamenti ölkə vətəndaşlarının getməsini məsləhət görmədiyi ölkələrin siyahısını dərc edib
Vaşinqton, 28 may, AZƏRTAC
Aktiv turizm mövsümünün başlanması ilə əlaqədar, amerikalıların çoxu təhsil almaq və ya şəxsi işgüzar məqsədlər üçün xarici ölkələrə səyahətlərə çıxırlar. ABŞ Dövlət departamenti ölkə vətəndaşlarının getməsini məsləhət görmədiyi ölkələrin və ərazilərin siyahısını dərc edib.
Dövlət departamenti Meksikanın bəzi ştatlarını, Cənubi Amerikanın bir hissəsini və Yaxın Şərq regionunun çox hissəsini ən təhlükəli ərazilərə aid edib. ABŞ xarici siyasət idarəsinin “qara siyahısına” düşmüş Meksika ştatlarından biri ABŞ-ın Texas ştatı ilə sərhədin cənubunda yerləşən Tamaulipas ştatıdır. Bu ştatda qətllər, oğurluq, silahlı qarətlər, seksual təcavüz, pul qoparma və avtomobillərin qaçırılması kimi cinayətlər çox geniş yayılıb. Meksikanın şimal ştatlarında narkotiklər alveri də geniş yayılıb
ABŞ-ın öz vətəndaşlarının 4-cü təhlükəlilik səviyyəli 14 ölkəyə getməsini məsləhət görmür: İraq, Sudan, Yəmən, Venesuela, Suriya, Cənubi Sudan, Somali, Mali, Liviya, İran, Haiti, Mərkəzi Afrika Respublikası, Əfqanıstan və Şimali Koreya.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]