Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır
London, 8 iyun, AZƏRTAC
Böyük Britaniya hökuməti uşaqların ekran qarşısında keçirdiyi vaxtla bağlı ilk dəfə rəsmi tövsiyələr hazırlamağa başlayıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hökumət bu məqsədlə üç həftəlik ictimai məsləhətləşmə prosesinə start verib. Toplanacaq rəylər əsasında payız aylarında 5–16 yaşlı uşaqların valideynləri üçün nəzərdə tutulmuş yeni təlimat dərc olunacaq.
Təlimatda uşaqların gündə nə qədər ekran qarşısında olmasının məqsədəuyğunluğu, ilk smartfonun hansı yaşda alınmasına dair tövsiyə, həmçinin texnologiyadan məktəblərdə istifadə qaydaları ilə bağlı praktik məsləhətlərin yer alacağı gözlənilir.
Böyük Britaniyanın təhsil naziri Bridcet Fillipson bildirib ki, valideynlər etibar edə biləcəkləri aydın və praktik dəstəyə layiqdirlər. Onun sözlərinə görə, yeni təlimat ailələrə uşaqların rəqəmsal texnologiyalardan təhlükəsiz və balanslı istifadəsinə dair daha dolğun məlumat verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]