Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
Qahirə, 8 iyun, AZƏRTAC
Yəmən husiləri İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə tam qadağa qoyduqlarını açıqlayıblar.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, qruplaşma Qırmızı dənizdə İsrailə aid bütün hərbi və kommersiya hərəkətlərinin onların silahlı qüvvələri üçün legitim hədəf hesab olunacağını vurğulayıblar.
Qruplaşmanın bəyanatında, həmçinin İsrail ərazisinə raket zərbələrinin endirildiyi qeyd olunub. Husilər hücumların Yafa bölgəsində yerləşən mühüm obyektləri hədəf aldığını iddia ediblər.
Hadisə ilə bağlı İsrail rəsmilərinin mövqeyi hələlik açıqlanmayıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]