İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
Qahirə, 8 iyun, AZƏRTAC
İsrail ordusu İranın cənub-qərbində yerləşən Bəndər Mahşəhr şəhərindəki neft-kimya kompleksinə zərbə endirdiyini açıqlayıb.
AZƏRTAC “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, İsrail ordusunun yaydığı bəyanatda hücumun hərbi kəşfiyyatın məlumatları əsasında hava qüvvələri tərəfindən həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, Mahşəhrdə yerləşən neft-kimya kompleksinin daxilində bir neçə obyekt hədəfə alınıb.
İranın “Fars” agentliyi isə Xuzistan vilayətinin təhlükəsizlik məsələləri üzrə qubernator müavininə istinadla bildirib ki, Bəndər Mahşəhr yaxınlığında yerləşən Karun neft-kimya zavodu hücuma məruz qalıb. İsrail tərəfindən atılan mərminin partlaması nəticəsində müəssisənin bəzi hissələrinə ziyan dəyib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]