ABŞ GUAM-IN STRUKTUR İNKİŞAFI ÜÇÜN 700 MİN DOLLAR AYIRACAQDIR
ABŞ GUAM-ın struktur inkişafı üçün 700 min dollar ayıracaqdır.
Bu vəsait təşkilatın texniki bazasının gücləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafına yönəldiləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders mayın 29-da Bakıda “GUAM-ın inkişaf strategiyası” mövzusunda keçirilən konfransda bəyan etmişdir.
Səfir, ABŞ-ın GUAM-la sıx əməkdaşlıq etdiyini, təşkilatın geniş perspektivlərə malik olduğunu bildirmişdir.
Ann Ders qurumun Avratlantik məkana inteqrasiyasının və GUAM ölkələrində “dondurulmuş münaqişələr”in sülh yolu ilə həllinin vacibliyini də vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]