ABŞ-IN MƏRKƏZİ RAYONLARINDA QASIRĞA QURBANLARININ SAYI 21 NƏFƏRƏ ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, ABŞ-ın mərkəzi rayonlarında qasırğa qurbanlarının sayı 21 nəfərə çatmışdır. Bunu mayın 11-də Missuri, Oklahoma və Corciya ştatlarının zərərçəkmiş rayonlarının hökumət orqanlarının nümayəndələri bildirmişlər.
Qasırğa əsas zərbəni mayın 10-da vurmuş, Oklahomada və Missuridə azı 20 nəfər həlak olmuşdur. Ümumən, üç ştatda 200 nəfərdən artıq adam zədə almış, onların bir çoxu xəstəxanaya qoyulmuşdur. Külək ağacları kökündən qoparmış, evləri uçurmuş, avtomobilləri yollardan və saxlandığı yerlərdən kənara tullamışdır.
Milli Meteorologiya Xidmətinin məlumatına görə, təkcə Oklahomada istirahət günlərində azı 8 qasırğa qeydə alınmışdır. Fövqəladə xidmət əməkdaşlarından ibarət briqadalar, insanların axtarışı üçün təlim görmüş itlərdən istifadə olunmaqla, axtarış-xilasetmə işlərini davam etdirirlər. Təbii fəlakətin vurduğu maddi zərərin hesablanması tədbirləri başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]