ABŞ-ın Miçiqan Universitetində silahlı şəxs 3 tələbəni qətlə yetirib
Bakı, 14 fevral, AZƏRTAC
ABŞ-ın Miçiqan Universitetinin kampında silahlı şəxs avtomat silahdan tələbələrə atəş açaraq 3 nəfəri qətlə yetirib. Daha 5 tələbənin yaralandığı bildirilir.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, silahlı şəxs polislə atışmada öldürülüb. Detroyt polisinin məlumatında bildirilir ki, 43 yaşlı bu şəxsin törətdiyi cinayətin səbəbləri araşdırılır.
İnsident zamanı yaralanan və Detroyt ştatının mərkəzi xəstəxanasına çatdırılan tələbələrdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Miçiqanda on dörd ay əvvəl də təhsil müəssisəsində silahlı insident baş vermişdi. Həmin vaxt bu ştatın Oksford məktəbində bir yeniyetmənin avtomat silahdan atəş açması nəticəsində 4 nəfər həlak olmuşdu. “Detroit News” qəzetində bununla bağlı dərc olunmuş məqalədə qeyd olunub ki, sakinlər, xüsusən universitet və məktəblərdə təhsil alanlar hər an silahlı hücum təhlükəsi ilə qarşılaşa bilərlər və ştatın qubernatoru qanunverici orqanla birgə təcili tədbirlər görməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]