ABŞ-ın Minnesota ştatında təcili yardım helikopteri qəzaya uğrayıb
Vaşinqton, 29 iyun, AZƏRTAC
ABŞ-ın Minnesota ştatının Breynerd-Leyks regional aeroportunda təcili yardım helikopteri qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, aviaqəza nəticəsində tibb bacısı və pilot həlak olub, digər heyət üzvü yaralanıb. Qəza zamanı helikopterin içində pasiyent olmayıb. Helikopterin məxsus olduğu “North Memorial Health” xəstəxanasının bəyanatına görə, qəza gecə saat 1-də baş verib. Breynerd-Leyks Minneapolisdən təqribən 204 kilometr şimal-qərbdə yerləşir.
Pilot və tibb bacısı hadisə yerində həlak olub. Ciddi xəsarətlər almış digər pilot Breynerd-Leyksdəki Müqəddəs İosif Tibb Mərkəzinə çatdırılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]