Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ KONQRES KOMİSSİYASINDA ERMƏNİSTANDAKI VƏZİYYƏTLƏ BAĞLI DİNLƏMƏLƏR KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 17-də ABŞ Konqresinin Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyasında (ABŞ-ın Helsinki Komissiyası) Ermənistanda prezident seçkilərindən sonra ölkədə yaranmış vəziyyətlə bağlı dinləmələr keçirilmişdir.

Müzakirələri açan komissiyanın həmsədri Elsi Heystinq Ermənistandakı prezident seçkilərinin rəsmi nəticələrini xatırladaraq demişdir ki, ATƏT-in müşahidəçi missiyası seçkilərin “beynəlxalq standartlara uyğun” keçdiyi barədə rəyi versə də, Levon Ter-Petrosyan və onun tərəfdarları saxtakarlıqların olduğunu bildirirlər. Yerevanın mərkəzi meydanında keçirilən etiraz mitinqləri zamanı baş vermiş qarşıdurmada səkkiz nəfər həlak olmuş, çoxlu adam yaralanmışdır. Həmin vaxt həbs edilənlər hələ də buraxılmamışdır. Bu hadisələrin Ermənistanın imicinə ciddi zərər vurduğunu söyləyən konqresmen belə bir sual qoymuşdur ki, ABŞ Konqresi və hakimiyyəti demokratiya yolunda qarşılaşdığı problemələri aradan qaldırmaq Ermənistan üçün necə kömək edə bilər?

Komissiyanın üzvü, qondarma “erməni soyqırımı”nın tanınması üçün çalışanlardan biri olan Kristofer Smit çıxışında Ermənistandakı hadisələri üzüntü ilə izlədiyini bildirərək, Prezident Sarkisyanı ölkədə demokratik hüquqların bərpa edilməsinə çağırmalıdır. Konqresmen vurğulamışdır ki, Azərbaycan hərbi qüdrətini gücləndirdiyi bir vaxtda ABŞ Ermənistandakı demokratiyanı dəstəkləməlidir.

Komissiyanın digər həmsədri senator Bencamin Kardin isə giriş sözündə onu narahat edən bir fakta - Ermənistanda hakimiyyətə meyilli telekanalın həyat yoldaşı yəhudi mənşəli olan Levon Ter-Petrosyanı İsrail casusu adlandırmasına diqqəti çəkmişdir: “Görünür, nüfuzlu şəxslərdən biri elə bilib ki, Ermənistandakı siyasi ziddiyətlərə görə yəhudiləri gunahlandırmaq kömək edər, halbuki bütün ölkədə cəmi bir neçə yüz yəhudi var”.

Dinləmələrdə çıxış edən dövlət katibinin müavini Mətyu Brayzə Ermənistandakı prezident seçkilərindən sonra baş verənləri Cənubi Qafqaz bölgəsində ən ciddi və mənfi postseçki hadisələri adlandırmışdır. O bildirmişdir ki, bu günlərdə Ermənistana səfəri zamanı cəmiyyətin hadisələrdən şok vəziyyətinə düşməsinin şahidi olmuşdur: “İnsanlar mənə yaxınlaşaraq, bəyanatlarımızda aydın və qəti olmağı xahiş edirdilər”. Dövlət Departamentinin nümayəndəsi demişdir ki, ilkin olaraq ATƏT-in standartlarına uyğun hesab edilən seçkilərdə sonradan müxtəlif pozuntular, o cümlədən məntəqə rəsmilərinə hədələr və zorakılıq, hesablama prosesində səhvlər, səslərin pulla alınması və sair kimi hallar müşahidə olunmuşdur. Hətta ATƏT müşahidəçiləri də seçkilərdən sonra təzyiqlərə məruz qalmışdılar. ABŞ martın 1-də baş vermiş hadisələr zamanı hakimiyyətin güc işlətməsini pisləyir və seçkilərlə əlaqədar həbs olunanların dərhal azad edilməsinə çağırır. Mətyu Brayzə xatırlatmışdır ki, Minilliyin Çağırışı Korporasiyasının (MÇK) başçısı səfir Danilovoiç sabiq prezident Koçaryana rəsmi xəbərdarlıq məktubu göndərərək, demokratik hüquqların qorunması öhdəliklərinə sadiq qalmayan hökumətin MÇK-dan yardım almasının şübhə altında olduğunu bildirmişdir. Dövlət katibinin müavini təəssüflə demişdir ki, son günlər Ermənistandakı gərgin vəziyyət səngisə də, mətbuata və bir sıra digər azadlıqlara qoyulan qadağalar fövqəladə vəziyyət aradan qaldırıldıqdan əvvəl qanuna çevrilmişdir. Hətta küçələrdə dinc etiraz edənlər də polis tərəfindən həbsə alınmışdır. Küçələrdə əsgərlərin sayı azalsa da, polisin sayı çoxalıbdır. Müxalifət fəallarının həbsləri təkcə Yerevan deyil, bölgələrdə də davam edir. Mətyu Brayzə ABŞ hökumətinin qəti münasibətini ifadə edərək, hər iki siyasi düşərgədən zorakılıq tətbiq edənlərə qarşı qərəzsiz araşdırmaların aparılmasına, bütün əsas vətəndaş azadlıqlarının bərpa edilməsinə, hakimiyyət, müxalifət və vətəndaş cəmiyyətinin liderləri arasında dialoq qurulmasına çağırmışdır.

Dövlət katibinin müavini sonra suallara cavab vermişdir. Komissiya üzvləri dinləmlərin mövzusunu az qala unudaraq, Minsk qrupunun amerikalı həmsədrini Dağlıq Qrabağ münaqişəsi ilə bağlı sorğu-suala tutmuşdular. Ermənipərəst konqresmen Kristofer Smit Azərbaycanın hərbi büdcəsinin artmasından narahatlığını vurğulamışdır. O, təkidlə “hərbi əməliyyatlara başlasa, Azərbaycanı hansı cəza gözləyir?” sualını versə də Mətyu Brayzə bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur. Hərbi əməliyyatların başlanması hər iki tərəf üçün faciəli ola bilər. Ötən ay BMT Baş Məclisində Azərbaycanın müəllifi olduğu qətnaməyə ABŞ-ın münasibətinə izahat verən cənab Brayzə demişdir ki, Minsk qrupunun həmsədri kimi ABŞ yalnız Azərbaycanın istədiklərini əks etdirən sənədi dəstəkləyə bilməzdi. Lakin o, ABŞ-ın rəsmi siyasətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsindən ibarət olduğunu diqqətə yetirmişdir.

Dinləmələrdə çıxış edən Ermənistan hökumətinin nümayəndəsi və Levon Ter-Petrosyanın təmsilçisi qarşılıqlı ittihamlar səsləndirmişlər.

Konqresmen Elsi Heystinqin Ermənistanın həm hökumət, həm də müxalifət nümayəndələrinə “uşaqlıq etməməyi” məsləhət görərək demişdir ki, bu ölkədə yaranan vəziyyətə beynəlxalq müdaxiləyə ehtiyac yoxdur. Tərəflər siyasi böhranı özləri həll etməlidir. ABŞ heç bir tərəfi dəstəkləmək niyyətində deyil.

Xatırladaq ki, ABŞ Helsinki Komissiyasının 19 üzvündən müzakirələrdə cəmi 4 nəfəri iştirak edirdi. Şahid qismində çıxış edənlərə sona qədər qulaq asan yalnız bir nəfər - komissiyanın həmsədri Elsi Heystinq olmuşdur.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb