ABŞ LABORATORİYASI İNSAN QALIQLARININ II NİKOLAYIN UŞAQLARINA AİD OLDUĞUNU TƏSDİQ ETMİŞDİR
Ötən ilin iyulunda Yekaterinburq yaxınlığında, Koptyakovskaya yolunda zorakılıqla qətlə yetirilmiş 10-14 yaşlı uşağın və 20 yaşlı qızın qalıqları tapılmışdı. Bu fraqmentlərin böyük knyajna Mariya Nikolayevna və vəliəhd Aleksey Nikolayeviçin qalıqları olduğu güman edilir. Sənədlərə əsasən, İpatyevsk evində öldürülmüş Romanovların, onların həkiminin və xidmətçilərin meyitləri də Koptyakovskaya yolu ilə aparılmışdır. II Nikolayın, onun ailə üzvlərinin və yaxın adamlarının qalıqları 1991-ci ildə buradan tapılmışdır.
Sverdlovsk vilayət məhkəmə-tibbi ekspertiza bürosu, Moskva laboratoriyası, ABŞ silahlı qüvvələri DNT-lərin identifikasiyası laboratoriyası və Massaçusi Universitetinin laboratoriyası həmin insan qalıqlarının tədqiqinə başlamışlar.
Sverdlovsk vilayət məhkəmə-tibbi ekspertiza bürosunun apardığı anatomo-morfoloji tədqiqatların ilkin nəticələrinə görə, zahiri görünüşünə, cinsi və yaş əlamətlərinə görə qalıqların vəliəhd Alekseyə və böyük knyajna Mariyaya aid olduğu ehtimal olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]