Abşeron rayonunda dələduzluq edən şəxs saxlanılıb
Qobu, 1 may, AZƏRTAC
Abşeron rayonunda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərində bankomat ətrafında dələduzluq edən 35 yaşlı Ramil Mehdiyev tutulub.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs əvvəlcə bankomatdan pul və təqaüdünü çıxarmaq istəyən şəxslərə yaxınlaşaraq kömək etmək istədiyini bildirir. Daha sonra cibindən digər boş kartını ora daxil edərək pul olmadığını deyir. Beləliklə o ümumilikdə 20 nəfərə yaxın şəxsi aldadaraq onların pulunu mənimsəyib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]