ABŞERON YARIMADASINDA DƏNİZ SUYUNUN MONİTORİNQİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri Abşeron yarımadasında dəniz suyunun monitorinqini keçirmişlər. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bilgəh, Mərdəkan, Buzovna, Pirşağı qəsəbələrində nazirlik tərəfindən quraşdırılmış modul sutəmizləyən qurğular sayəsində dəniz suyunun mikrobioloji göstəricilərinin xeyli yaxşılaşdırılması mümkün olmuşdur. Lakin bəzi məntəqələrdə - Bakı Kanalizasiya İdarəsinin tabeliyində olan Buzovna və Mərdəkan-Şüvəlan mexaniki təmizləmə qurğusuna bitişik ərazidə, habelə Pirallahı və Gürgan/Damba-1 və Damba-2/ qəsəbələrində suyun çirklənmə səviyyəsinin yüksək olduğu qeyd olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]