ADA Universitetində "Made in Azerbaijan" brendinin təşviqinə dair mühazirə dinlənilib
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ADA Universitetinin Biznesin idarə edilməsi fakültəsinin MBA proqramı üzrə təhsil alan tələbələrin "Qlobal kontekstdə marketinq" fənni üzrə dərsində qonaq mühazirəçi qismində çıxış edib.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, Rüfət Məmmədov "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri, habelə bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib, AZPROMO tərəfindən ixracatçılara göstərilən dəstəyin yerli şirkətlərin daxili və qlobal bazarlarda mövqeyinin möhkəmləndirilməsinə təsirini diqqətə çatdırıb.
Mühazirənin sonunda tələbələrin sualları cavablandırılıb.