ADPU-da rəssam-pedaqoqun fərdi sərgisinin açılışı olub
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü İslam Gülmalıyevin 60 illiyi münasibətilə “60 ilin hesabatı” adlı fərdi rəsm sərgisinin açılışı olub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, sərginin açılışında rektor professor Cəfər Cəfərov, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov, universitet rəhbərliyi, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Qeyd edək ki, rəssam-pedaqoq İslam Gülmalıyev 1984-1989-cu illərdə ADPU-nun Bədii qrafika fakültəsində təhsil alıb və 30 ildən çoxdur ki, pedaqoqluqla yanaşı, müstəqil yaradıcılıqla da məşğuldur. Rəssamın realizm üslubunda vətənpərvərlik mövzusunda əsərləri müxtəlif sərgilərdə nümayiş olunub.