ADU-nun tələbələri Macarıstanın təqaüd proqramları barədə məlumatlandırılıb
Bakı, 22 aprel, AZƏRTAC
Macarıstanın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə ikinci katibi Mihay Qruber Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, qonaq tələbələrin Macarıstanı seçmək səbəblərindən danışaraq ölkəsi haqqında ətraflı məlumat verib. Görüşdə M.Qruber Macarıstanın ali təhsil sistemi, beynəlxalq proqramları və təqaüd proqramlarından söz açıb. O, tələbələri Macarıstanda təhsil almaq şərtləri, tələblər və ödəniş formaları barədə məlumatlandırıb və onların suallarını cavablandırıb.