AFFA-nın əməkdaşları UEFA-nın konfransında iştirak ediblər
Bakı, 13 noyabr, AZƏRTAC
Kiprin Limassol şəhərində UEFA-ya üzv assosiasiyaların nümayəndələrinin iştirakı ilə “Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda illik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov və maliyyə meyarları üzrə ekspert Aynur Abdullayeva da iştirak ediblər.
Konfransda ötən lisenziyalaşdırma mövsümünün icmalı, Kiprdə futbolun inkişafı, klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı qaydalarında yeniliklər, UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər, lisenziyalaşdırmada hüquqi məsələlər, qadın futbolu və klubların lisenziyalaşdırılması kimi mövzular müzakirə olunub.
Konfrans zamanı “Qadın futbolunda standartların yüksəldilməsi” mövzusunda aparılmış müzakirələrdə Elçin Məmmədov iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]