AFR-də dizel yanacağı ilə işləyən köhnə avtomobillərə tələbat azalır
Berlin, 28 aprel, AZƏRTAC
AFR-də dizel yanacağı ilə işləyən köhnə minik avtomobillərinə tələbat azalır. AZƏRTAC xəbər verir ki, avtomobillərin təkrar satış bazarının öyrənilməsi üzrə ixtisaslaşan DAT (Deutsche Automobil Treuhand) Marketinq İnstitutu tərəfindən aparılmış tədqiqatın nəticələri bunu sübut edir. Belə ki, sorğuda iştirak etmiş şəxslərin 22 faizi dizellə işləyən avtomobil almaqdan yeni maşının dəyərinin bir qismini ödəmək üçün imtina edir.
Dizel mühərrikli köhnəlmiş minik maşınları öz alıcısını orta hesabla 103 gün gözləyir. Bu, benzin mühərrikli avtomobillərlə müqayisədə təxminən 20 gün çoxdur. Satıcıların 87 faizi etiraf edib ki, onlar dizel mühərrikli avtomobilləri yalnız böyük güzəştlə sata bilirlər. Respondentlərin əksəriyyəti (61 faiz) öz vəsaitlərinin bir hissəsini dizel mühərriki ilə bağlı yarana biləcək itkilərlə əlaqədar ehtiyat saxlayırlar.
DAT institutunun aylıq statistikasına görə, 2017-ci ilin mart ayından bəri qeydiyyata alınmış dizel mühərrikli köhnə maşınların sayı 238 mindən 198 minə, bu cür yeni avtomobillərin sayı isə 146 mindən 109 minə düşüb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]