Azərbaycan Dövlət İnformasiya Agentliyi

Afrikada azyaşlıların qanı bahasına zənginləşən Fransa - MƏQALƏ

Afrikada azyaşlıların qanı bahasına zənginləşən Fransa - MƏQALƏ

Bakı, 1 iyun, AZƏRTAC

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyası tərəfindən 1950-ci ildə təsis olunan Uşaqların Beynəlxalq Müdafiəsi Günü onların hüquqlarının qorunmasına, beynəlxalq müdafiəsinə həsr edilib. Bu günün təsis olunmasından 70 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də insan hüquqlarından dəm vuran bəzi ölkələr, o cümlədən Fransa uşaq hüquqlarını kobud şəkildə tapdalayır, onların əməyini istismar edir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva Fransanın müstəmləkəçilik siyasətinin Afrikadakı azyaşlı qurbanlarına dair məqalə qələmə alıb. AZƏRTAC məqaləni təqdim edir.

BMT-nin Uşaq hüquqları haqqında Konvensiyanın 32-ci maddəsində iqtisadi istismardan və uşaqlardan sağlamlığı üçün təhlükəli və ya təhsilinə mane ola biləcək, sağlamlığına və ya fiziki, əqli, mənəviyyatına zərər vura biləcək hər hansı işi görməkdən qorunmağa, mənəvi və ya sosial inkişafa təminat verilir.

BMT-nin müasir köləlik üzrə xüsusi məruzəçisi keçən ilin avqustun ayında dünyada azyaşlıların əməyinin istismar olunması haqqında hesabat dərc etdi. Hesabatda deyilir ki, dünyanın bütün regionlarında beş yaşdan on yeddi yaşa qədər olan azyaşlı və yeniyetmələr uşaq əməyinə cəlb olunurlar.

Dünya üzrə istismara məruz qalan uşaqların ən yüksək nisbəti Afrika qitəsinin payına düşür. 2020-ci ilin əvvəlində UNICEF elan etdi ki, dünyada 160 milyon azyaşlı əmək köləliyinə cəlb olunub. İki il sonra, 2022-ci ilin sonunda isə UNICEF iki il davam edən COVID-19 pandemiyası səbəbindən daha doqquz milyon uşağın əmək köləliyinə cəlb olunduğunu elan etdi.

2024-cü ildə UNICEF aradan keçən iki il ərzində isə miqrasiya və iqtisadi böhranların bu sahədə vəziyyəti daha da pisləşdirdiyini bildirdi.

BMT-nin müasir köləlik üzrə xüsusi məruzəçisinin hesabatında qeyd edilir ki, əməyi istismar olunan uşaqların tam yarısı – 84,5 milyon uşaq sağlamlığına, təhlükəsizliyinə və ya mənəviyyatına zərər ola biləcək təhlükəli işlərdə çalışır. Uşaqların fiziki və psixi sağlamlığını riskə atan və onların təhsilinə mane olan bu tendensiya bütün qitələrdə müşahidə olunur. Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerikada müşahidə olunan uşaq əməyinin istismarı Afrikada daha geniş vüsət alıb. Uşaq əməyinin istismarı qurbanları arasında oğlanların sayı 97 milyon, qızların sayı isə 63 milyondur.

Oxşar hesabatı BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi də dərc edib. İdarənin məlumatına görə, oğlan uşaqlarından fərqli olaraq, qızlar daha çox cinsi istismara məruz qalırlar.

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi həm də seksual zorakılığa məruz qalmış azyaşlılar arasında köləlikdən xilas edilən qızların faizini hesablayıb. Hesabata görə, insan alveri qurbanları olan uşaqların 50 faizi cinsi istismara məruz qalır, 40 faizi isə məcburi ağır əməyə cəlb edilir.

Rəqəmlər insanı dəhşətə gətirir…

Əməyi istismar olunan azyaşlıların 79 milyonu mədənçıxarma və tikinti kimi təhlükəli sahələrdə çalışır.

BMT-nin müasir köləlik üzrə xüsusi məruzəçisi əməyi istismar olunan azyaşlıların regionlara görə faiz dərəcələri üzrə qruplara bölüb. Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerikada uşaqların 2-4 faizinin, Afrikada isə orta hesabla təxminən 22-30 faizinin əməyi istismar olunur.

Uşaq əməyinin bütün dünya üzrə ən yüksək nisbəti Saxara səhrasının cənubunda yerləşən Sahel bölgəsi azyaşlılarının payına düşür.

Uşaq əməyinin istismarını regionlar üzrə fərqləndirən cəhətlər də var. Məsələn, əgər Yaxın Şərq, Avropa və Asiyada uşaq əməyinin istismarı onun ailəsi və yaxınların xeyrinə baş verirsə, Afrikada bu hal tam fərqlidir. Burada uşaq əməyi yadelli korporasiyaların xeyrinə, onları ailəsindən ayırmaqla, müasir köləliyin xüsusiyyətlərini özündə əks etdirməklə davam edir.

Fransanın müstəmləkəsi olan Sahel bölgəsi ölkələrində hər üçüncü uşağın əməyi istismar olunmaqla, müasir köləliyin ən dəhşətli xüsusiyyətləri ilə fərqlənir. Eyni göstəricilər “Save the Children” təşkilatının 2020-ci ildə dərc etdiyi hesabatda da əksini tapıb.

Təşkilat iddia edir ki, izlənə bilinən məlumatlara görə, planetdə əməyi istismar olunan uşaqların sayı 86,6 milyon nəfərdir. “Save the Children” təşkilatı uşaq əməyinin qurbanlarının yarısından çoxunun Afrikanın payına düşdüyünü, göstəricilərdə isə Sahel bölgəsinin beş ölkəsinin lider olduğunu qeyd edib. Bu ölkələr Burkina Faso, Mavritaniya, Mali, Niger və Çaddır.

Fransanın Afrikada digər müstəmləkələri - Benin, Kot-d'İvuar, Seneqal, Kamerun, Mərkəzi Afrika Respublikası, Qvineya-Bisau, Ekvatorial Qvineyada, Çad, Konqo-Brazzavil və Qabon kimi ölkələrdə azyaşlılar bir qarın çörək üçün mədənlərdə 18-20 saat çalışırlar.

“Save the Children” təşkilatının hesabatlarında göstəricilər insanı dəhşətə gətirir. Sahel bölgəsinin bu beş ölkəsində əməyi istismar olunan uşaqların sayı dünyada əməyi istismar olunan uşaqların sayının 23,9 faizini təşkil edir. Bu bölgədə hər üçüncü uşaq kölədir. “Save the Children” təşkilatı 2021-ci ildə uşaq əməyinin ən yüksək səviyyəsini Afrikanın Somali və Tago ölkələrində qeydə alıb. Somalidə 17 yaşdan aşağı bütün uşaqların 49 faizi, Toqoda isə 48,9 faizi mədən və plantasiyalarda kölə kimi çalışır.

Afrikanın bu bölgələrində həm də orta əsrlər üçün xarakterik olan uşaqların qul kimi satılması tendensiyası hələ də davam edir.

Burada azyaşlı kölənin qiyməti 37-40 dollar civarındadır. Bu bölgədə uşaqların işləməyə məcbur edilməsinin əsas səbəblərindən biri kimi ailələrinin və özlərinin yaşamasının bundan asılı olması kimi göstərilsə də, digər səbəblər var. Uşaq əməyinin geniş yayılmasının əsas səbəbi olan yoxsulluq və sosial inkişafın aşağı səviyyəsi həm də onların müdafiəsiz və ucuz işçi qüvvəsi olmasında da həlledici rol oynayır. Yadelli korporasiyalar təbii ehtiyatlardan və yerli azyaşlı sakinlərin qul əməyindən milyardlarla gəlir əldə edir. Son 20 ilə qədər Afrika müstəmləkələrində azyaşlılar əsasən qızıl və almaz mədənlərində çalışırdılar. Hazırda isə azyaşlılar smartfon və elektrik avtomobillərinin istehsalı üçün vacib metal olan kobalt kimi nadir mineralları istehsal edən ağır mədən sənayelərində işləyirlər. Bu zəhərli mineralın dünya ehtiyatlarının yarısından çoxu isə Konqodadır. Kobalt litium-ion batareyaları, smartfon batareyaları, oyun konsolları, noutbuklar, smartfonlar və planşetlər, ağıllı saatlar və elektrik nəqliyyat vasitələri üçün istifadə olunur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib