İQTİSADİYYAT
“AG Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 28-i saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AG Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsi, ev 1 ünvanında istifadədə olan 0,02823 hektar torpaq sahəsində yerləşən (ü/s 453.2 kvadratmetr) fərdi yaşayış evidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 154 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şoşesi 27 (“AVİS” aptekin arxası).