Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağaclar

Bakı, 11 mart, AZƏRTAC

...həyatımızda

Anadolu türklərinin gözəl bir sözü var: “Meşəsi bol kəndin qəbiristanlığı kiçik olar”!

Qəbiristanlığı genişləndirmək biz insanların əlində elə də çətin iş deyil: ağacı kəs, meşəni doğra, yaşıllığın anasını ağlat, bəs edər. Bir də onda başını qaldırıb görərsən ki, nəfəs almaq çətinləşib,

xəstəlik, azar-bezar düz-dünyanı başına alıb, ömür qısalıb...

Müxtəlif ağacların baş-başa verdiyi yaşıl meşə, zümrüd qaşı kimi dövrə vuran bağ-bağat əvəzsiz sağlamlıq mənbəyidir. Əbəs yerə meşəni çox vaxt obrazlı olaraq torpağın “yaşıl ciyəri”, təbiətin “yaşıl donu” və s. adlandırmırlar. Doğrudan da meşə çox böyük sərvətdir. Meşədəki ağacların budaqları təkcə quşların yuva qurmağı, koğuşu arıların bal yığmağı, gövdəsi mebel, kötüyü toxmaq düzəltmək, ən nəhayət, odun-ocaq üçün deyil.

Ağac var ki, budağından yüyürüyümüz asılıb, beşiyimiz yellənib, kölgəsində nəfəsimizi dərmişik. Ağac var ki, tumurcuğu, çiçəyi, yarpağı, gövdəsi, meyvəsi, qabığı ilə dərdimizə məlhəmdir. Ağac var ki, meyvəsi ilə ağzımıza dad, süfrəmizə yaraşıq gətirib. Ağac var ki, görkəmi ilə göz oxşayır, bağları, parkları, həyətləri bəzəyir. Ağac var ki, onu doğmalarımız, əzizlərimiz uyuyan torpaqda əkmişik.

Həyatımız bu və ya digər şəkildə ağaclarla bağlıdır. Xüsusilə kənddə doğulanlar ağacların həyatımızda necə əhəmiyyətli rol oynadığını təsdiq edə bilərlər. Kənd uşaqlarının çoxunun ağacdan beşiyi olub, ağacdan asılan yelləncəklərdə yellənə-yellənə böyüyüb. Ağac kölgəsində iməkləmişik, ilk addımlarımızı atmışıq, nəfəsimizi onun kölgəsində dərmişik. Bəlkə də uşaqlığımızı, gəncliyimizi də onun altında itirmişik...

Ağac elə təkcə meyvəsi ilə qidalanmaq, kölgəsində dincəlmək üçün deyil ki. Ağac ev üçün ən yaxşı tikinti materialıdır, döşəmə, sürahi, pilləkən ağac materialla inşa edilir. Ağac odun-ocaqdır, qışda çırta-çırtla yanan odun sobasından gözəl nə ola bilər? Ağac beşikdə böyüdüyümüz kimi öləndə də ağacdan hazırlanmış tabuta qoyulub dünyadan köçürük. Deməli, doğulandan son mənzilə qədər ağac bizim yol yoldaşımız, dostumuz, bəlkə də sirdaşımızdır.

Ağaclar həmişə insanın qoruyucusu, keşikçisi olublar. Sıx ağacların əkildiyi meşə zolağı güclü küləklərin, qasırğaların qarşısını alan etibarlı sədd, örtük rolu oynayıb.

...dünyamızda

Meşə zolağının, ağacların faydası haqqında çoxlu misallar göstərmək olar. Bir neçəsini xatırlatmaq kifayət edər: bir hektar ardıc meşəsi Paris boyda bir şəhərin havasını mikroblardan təmizləyir! Bir çinar ağacının verdiyi oksigen 58 nəfərə bəs edir. 1 hektar meşə il ərzində 70 tona yaxın toz və zərərli maddələri süzgəcdən keçirərək məhv edir. Bir hektar meşə il ərzində 50-70 ton tozu və zəhəri öz "süzgəcindən" keçirir. Bir hektar meşə sahəsi 1 saatda 8 kiloqram karbon qazı udur. Bu, 1 saatda 200 nəfər tərəfindən havaya buraxılan karbon qazının həcminə bərabərdir.

Ağaclar çox olan ərazidə daha sağlam həyat sürmək mümkündür. Yaşıllıqlar çox olanda xəstəlik törədən mikroorqanizmlər 8, zərərli qazlar isə 5 dəfə az ifraz olunur. Çoxlu ağac əkilməsi və meşə zolaqlarının salınması qlobal istiləşmə və iqlim dəyişməsinin qarşısını ala bilər.

Ağaca, yaşıllığa, təbiətə olan münasibət insanın özünə olan münasibətdir. Dünyanın bir sıra ölkələrində bu sahədə örnək misallar var. Məsələn, Çində 11 yaşına çatan hər kəsin ildə üç ağac əkməsi barədə qanun qəbul olunub. Almaniyada meşələrə mal-qara buraxılmır, maşınla meşəyə girmək qadağandır. Hətta bu ölkədə yol çəkilişi zamanı bir ağac kəsildiyinə görə mühəndisi məhkəməyə veriblər...

Son illər yaşıllıqların artırılması, yeni ağacların əkilməsi, mövcud yaşıllıqlara qulluq edilməsi sahəsində xeyli iş görülüb. BMT-nin milyard ağac əkilməsi kampaniyası çərçivəsində 17 milyard ağac əkilib və onun trilyona çatdırılması hədəfə alınıb. Hər il yer üzündə 15 milyard ağac kəsilir. İnsan sivilizasiyası yaranandan ağacların sayı 45 faiz azalıb. Statistikaya görə, hazırda dünyada 3-4 trilyon ağac var.

Dünya üzrə meşə örtüyü 4 milyard hektar sahəni əhatə edir. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb.

Təbiətin qorunması, o cümlədən yaşıllıqların dəyəri barədə ABŞ-ın Virciniya ştatında yaşayan qızıldərililərin sözləri necə də yerinə düşür: “Yalnız son ağac kəsildikdən, son arx zəhərləndikdən, son balıq yaxalandıqdan sonra insan oğlu pulun yeməyə yaramadığını dərk edəcək...”

...ölkəmizdə

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda ölkəmizdə meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da respublika ərazisinin 11,8 faizini təşkil edir.

AZƏRTAC-ın məlumatına görə, ölkəmizin meşə ehtiyatının 49 faizi Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz, 15 faizi Talış və 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına düşən meşə sahəsi 0,12 hektardır. 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Ağac əkək, qoruyaq, yaşadaq”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” və digər aksiyalarda da xeyli yaşıllıq zolağı salınıb.

2018-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, beynəlxalq ekspertin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə yeni Milli Meşə Proqramı hazırlanıb. Həmin Proqramın qəbul olunması ölkəmizdə meşə təsərrüfatının müasir metodlarla idarə edilməsini təmin edəcək.

Ölkəmizdə son illər 2,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 36,1 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib. Həmçinin 7,7 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 46,9 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb. Təkcə ötən ilin payız mövsümündə 1,3 milyon müxtəlif çeşidli ağac əkilib, baramaçılığın inkişafı üçün rayon əhalisinə 1,7 milyona yaxın tut tingi paylanılıb.

2018-ci il ərzində meşə ilə örtülü sahələrdən 59,7 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib. Bunların 14,5 tonu qoz, 3,1 tonu şabalıd, 2,5 tonu ərik, 1,7 tonu badam, 1,2 tonu şaftalı, 0,5 tonu gilas, 0,3 tonu xurma, 0,1 tonu fındıq toxumlarının payına düşüb.

2019-cu il meşə fondu torpaqlarında 14 min 30 hektar ərazidə müxtəlifcinsli ağaclar əkiləcək. Yaz əkinləri mövsümündə 81 hektar ərazidə əkin işləri başa çatıb. Builki mövsüm ərzində, ümumən 400 hektar ərazidə tinglərin əkilməsi nəzərdə tutulub.

Ötən il “Hər ailə ağac əksin”, “Bir şagird bir ağac əksin və qorusun” devizləri altında keçirilən aksiyalar zamanı isə vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara, təşkilatlara təmənnasız olaraq 167 min müxtəlifcinsli ağac tingi paylanılıb.

Yeni meşə massivləri salınarkən regionun yerli xüsusiyyətləri nəzərə alınır, ərazidən asılı olaraq qoz, fındıq, püstə, alma, armud, şabalıd, badam ağaclarının əkilməsinə daha çox üstünlük verilir. Təbii bərpa prosesinə kömək üçün bəzi ərazilərdə meşə zonalarına hasarlar çəkilir, kənd sakinləri və yerli camaatla maarifləndirici söhbətlər aparılır. Meşəyə mal-qaranın daxil olması pöhrələrin məhv olmasına səbəb olur, təbii bərpa prosesini ciddi şəkildə ləngidir. Ağaclar böyüyəndən sonra mal-qaranın meşələrə daxil olmasının o qədər də ziyanı olmur. Ona görə də cavan meşələr böyüyüb qol-qanad atana qədər onu ətraf təsirlərdən qorumaq mühüm məsələlərdən biridir.

Yeni aqromeşələr 6X6, 8X8, 8X12, 12X12, eləcə də 5X3, 5X4 sxemləri üzrə salınır. Məsələn, 1 hektar sahəyə 425 ədəd alma, 156 ədəd qoz, fındıq və şabalıd ağacları əkilir.

Lakin bununla belə hələ də meşələrimizdən balta, dəhrə, mişar səsi kəsilmir, illər uzunu min bir zəhmət bahasına əkilib-becərilən ağaclar “uf” demədən kəsilib atılır. Hər il yer üzündə 15 milyard ağac kəsilir. Ölkəmizdə bu il ötən ilin eyni dövrü ilə müqayisədə ağac kəsilməsi halları 2,5 faiz azalıb. Yaxşı ki, son illər vaxtaşırı hal alan iməciliklər zamanı yaşıllaşdırma və ağacəkmə kampaniyaları aparılır, yeni bağlar salınır.

...hər yerdə

Onlar harada yoxdur ki? Hər səhər yaşıl budaqları ilə pəncərəmizi döyəcləyir, səfərə çıxanda yolumuz üstdə dayanıb bizi salamlayır, yayda günəşin istisindən qoruyur, qarlı-yağışlı havada başımıza çətir tutur. Əbəs yerə deyil ki, Məhəmməd peyğəmbərin (s.ə.s) hədislərindən birində deyilir ki, qiyamət qopsa belə əlindəki fidanı yerə basdır.

Beşikdən məzara qədər bizimlə yol yoldaşı olan, həmişə, hər vaxt köməyimizə yetən ağaclar.... Onları bizə doğmalaşdıran yolumuzun üstündə bitməyi, ətrafında böyüməyimiz, xasiyyətimizdəki müəyyən uyğunluqlar, bənzəyişlər və s. ola bilər. Ona görə də ağacları əzizləməyə və sevməyə dəyər...

Süleyman Qaradağlı,

AZƏRTAC-ın müxbiri

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: ABŞ İrana qarşı növbəti addımları müəyyən edə bilmir

İğdırda Zəfər sevinci – YENİLƏNİB

“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb

Zəfər Günü Torontoda qeyd edilib

Oğuzda velosiped və kross qaçışı turniri təşkil olunub

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub – YENİLƏNİB 3

Devid Qarrett: Ümid edirəm ki, gələcəkdə Bakıya tez-tez gəlmək imkanım olacaq

Almaniyanın Bavariya əyalətinin Baş nazirinin müavini hoteldə ölü tapılıb

Rusiyada Azərbaycandan geri qaytarılmış məhsul satışdan çıxarılır

Danimarkada on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib

Avropa Liqasının liqa mərhələsində IV tura start verilib

Şəhid İsmayıl Kərimliyə həsr edilmiş sənədli filmin təqdimatı olub

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar

Çempionlar Liqası: "Fənərbağça" "Liverpul"u məğlub edib

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsi keçirilir

Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivləri açılıb

ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib

"Vikinq"in və “Sabah”ın start heyətləri açıqlanıb

Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər

Xorvatiyada Zəfər Günü qeyd edilib

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Böyük Britaniyada hakerlər məktəblərə aid sənədləri oğurlayaraq internetdə yayıblar

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Şəhid atası: “İsmayıl məqamı” filmi gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verəcək

Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb

Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində iştirak edir

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib

Gürcüstanın Avropa Komissiyasına son hesabatla bağlı əsaslandırılmış şərhlər təqdim edəcəyi açıqlanıb

Lənkəranda 64 yaşlı kişinin meyiti tapılıb

Türk ekspert: Zəngəzur dəhlizi həm də tarixi ədalətin bərpasının göstəricisidir

Şəhid anası: “İsmayıl məqamı” filmi oğlumun timsalında bütün şəhidlərimizin xatirəsinə ehtiramdır

Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub

Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir

“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb YENİLƏNİB

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub

Bu saata olan əsas xəbərlər

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır

Cəlilabadda ağacəkmə aksiyası

Dadaş Məmmədov: “Dirçəliş” layihəsi Qələbəni Qarabağdakı quruculuq və dirçəliş vasitəsilə təqdim edir

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib

Baş məşqçi: Dünya çempionatında əvvəlki nəticəmizdən daha yaxşısına ümid edirik

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Türkiyə 2040-cı ildə enerjisinin 70 faizini bərpaolunan mənbələrdən əldə edəcək

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub

“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri

Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

® “Bank of Baku” ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak edib

Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub

Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

® “Azercell“ “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” smartfonu hədiyyə etdi

® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib

Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib