Ağcabədinin Avşar kənd sakinindən külli miqdarda heroin götürülüb
Ağcabədi, 14 yanvar, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Quliyev 4 qrama yaxın metamfetamini satarkən saxlanılıb. Davam etdirilən araşdırmalarla onun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan müxtəlif qablaşdırmalarda ümumi çəkisi 1 kiloqram 815 qram olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.05.2026 [11:34]
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyədə tamaşa təqdim edəcək
- 09.05.2026 [11:33]
Cəlilabadda mübahisə qanlı hadisə ilə nəticələnib
- 09.05.2026 [11:14]
Xalqa bağışlanan ömür
- 09.05.2026 [00:29]
Balakəndə 68 şahmatçı 3 yaş qrupunda mübarizə aparıb
Liderliyin Heydər Əliyev zirvəsi
- [15:55]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xalqa bağışlanan ömür
- [11:14]
Bəşəriyyət üçün dahilik nümunəsi
- [09:17]