Ağdam Dövlət Dram Teatrında premyera - "Cadu əməliyyatı"
Ağdam, 13 mart, AZƏRTAC
Ağdam Dövlət Dram Teatrında Xanirə Röyanın "Cadu əməliyyatı" əsəri əsasında hazırlanmış tamaşanın premyerası olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Kərim Həsənli, quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Elşən Cəfərovdur. Tamaşada əsas rollarda Afaq Əliyeva, Aidə Qasımova, Kərim Həsənli, Cəfər Bayramov, Xəyalə Xudadatova, Ülviyyə Qasımova, Qalib Abdullazadə, Fərhad Fərhadzadə çıxış ediblər.
Tamaşa Ağdam ictimaiyyəti və teatrsevərlər tərəfindən maraqla qarşılanıb.