Ağdamda Ümummilli liderin 95 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub
Ağdam, 2 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert proqramı təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən konsertdə rayon sakinləri respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləyib, gözəl rəqslərə tamaşa ediblər.
Konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb.