Ağstafada yol qəzasında 3 nəfər xəsarət alıb
Ağstafa, 7 iyun, AZƏRTAC
Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, “Toyota” markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər - 1975-ci il təvəllüdlü Gülnarə Hüseynova, 1983-cü il təvəllüdlü Nuranə Qasımova, 2003-cü il təvəllüdlü Sənan Qasımlı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.