CƏMİYYƏT
“Ailə NET” abunəçiləri üçün yeni güzəştlər tətbiq edir
Bakı, 14 noyabr (AZƏRTAC). “Ailə NET” internet provayderi abunəçilər üçün müddətsiz aksiyalara başlamışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, artıq internet provayderin xidmətlərinə qoşulmaq istəyən şəxslərə ilkin 20 metr kabel pulsuz təqdim olunur. Qoşulma zamanı 20 metrdən artıq istifadə olunan kabelin isə dəyəri alınır. Bundan əlavə, aksiyaya əsasən vətəndaşlara təqdim olunan TP LİNK 743 N modelli Wİ-Fİ routerin qiyməti 30 manatdan 25 manata endirilmişdir. Qeyd olunan aksiya müddətsiz həyata keçirilir.
Ailə NET-dən daha bir müddətsiz aksiya "5 ay ödə və 6-cı ay “Ailə NET”dən pulsuz yararlan" adlanır.
Aksiyanın qaydalarına əsasən, internet provayderin abunəçiləri seçdikləri tarifə uyğun olaraq beş ayın abunə haqqını ilkin olaraq ödəyən zaman altıncı ay internet provayderin xidmətindən pulsuz istifadə etmək hüququ qazanırlar. Eləcə də abonent əgər 10 ayın abunə haqqını ilkin olaraq ödəyirsə, bu zaman son iki ay “Ailə NET”in xidmətinə görə abunə haqqı ödəməyəcəkdir.
“Ailə NET” əhatə dairəsini genişləndirir və gələcəkdə yeni aksiyaların həyata keçirilməsi planlaşdırılır.