AKADEMİK ABEL MƏHƏRRƏMOV ŞAGİRDLƏR QARŞISINDA ÇIXIŞ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 14-də Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Bakının Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey Kompleksinin şagirdləri ilə görüşmüşdür.
Görüşü Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondu, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Bakı Şəhəri üzrə Təhsil İdarəsi təşkil etmişlər.
Akademik Abel Məhərrəmovun “Ekoloji kimya problemləri, orta məktəblərdə elektron tədrisin tətbiqinin əhəmiyyəti” mövzusunda məruzəsi dinlənilmişdir.
A.Məhərrəmov ekoloji problemlərin aktuallığından bəhs edərək, Bakı Dövlət Universitetində bu sahədə aparılan elmi araşdırmalardan danışmışdır. Bildirmişdir ki, universitetdə müasir tələblərə cavab verən ekologiya laboratoriyası yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]