AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN ABİDƏSİNİ ZİYARƏT
Prezident İlham Əliyev və xanımı həmin gün Şəmkir şəhərinin mərkəzində yerləşən və sakinlərin sevimli istirahət guşələrindən biri olan akademik Zərifə Əliyeva adına parka gəldilər. Burada görkəmli oftalmoloq alimin abidəsi də ucaldılmışdır. Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.