İDMAN
Akrobat gimnastların müvazinət hərəkətləri üzrə yarışlarında da qızıl medalı Rusiya idmançıları qazanıb [YENİLƏNİB]
![](/files/galleryphoto/2015/2/1200x630/1434904651446926471_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349046515206058686_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349046513873160908_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434906812303639499_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434906813480097838_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349068135898534971_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349068133568444685_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434906813557242714_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349068133277435570_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349068134241750291_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349068135188253759_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349068133705834248_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349068133530357153_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434906813323538765_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349068133260258699_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349068131132222065_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349068134564064581_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349068135223241351_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349068132280357380_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143490681330912700_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434906813264922984_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434906813638431729_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14349068132256642022_1200x630.jpg)
Bakı, 21 iyun, AZƏRTAC
Akrobatika gimnastikası üzrə qarışıq cütlüklərin müvazinət hərəkətləri yarışlarının final mərhələsi başa çatıb. Bu yarışda 29.760 xal toplamış rusiyalı gimnastlar Marina Şernova və Georgi Pataraya fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Marina Şernova və Georgi Pataraya bundan əvvəl qarışıq cütlüklərin çoxnövçülük və temp yarışlarının da qızıl medallarını qazanıblar. Onlar sonadək birinciliklərini qoruyub saxlaya biliblər.
Müvazinət hərəkətlərin final mərhələsində gümüş medalı Belçika idmançıları Yana Vestavel və Solano Qassamojor (29.930 xal), bürünc medalı isə Böyük Britaniya akrobatları Hannah Bauhn və Ryan Bartlett (28.260 xal) qazanıblar. Belçika və Böyük Britaniya təmsilçiləri çoxnövçülük və temp yarışlarında da ikinci, üçüncü yerləri bölüşüblər.
Medalları qaliblərə İrlandiya Milli Olimpiya Komitəsinin baş katibi Dermot Henihana təqdim edib.
18:28
Akrobatik gimnastların qızlar arasında keçirilən komanda yarışlarının müvazinət hərəkətlər üzrə final görüşləri başa çatıb.
Altı ölkə təmsilçilərinin mübarizə apardıqları yarışlarda Belçika idmançıları topladıqları 28.700 xalla bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıblar.
Rusiyalı gimnastlar 28.550 xalla ikinci, Belarus təmsilçiləri 28.510 xalla üçüncü yeri tutublar.
Medalları qaliblərə Belarus Milli Olimpiya Komitəsinin baş katibi Anatoli Kotov təqdim edib.
17:02
Akrobatika gimnastikası üzrə qarışıq cütlüklərin temp hərəkətləri yarışlarının final mərhələsi başa çatıb. Yarışlarda 29.300 xal toplamış rusiyalı gimnastlar Marina Şernova və Georgi Pataraya fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar.
Belçika idmançıları 28.690 xalla ikinci, Böyük Britaniya gimnastları 28.650 xalla üçüncü yeri tutublar.
Medalları qaliblərə Belarus Milli Olimpiya Komitəsinin baş katibi Anatoli Kotov təqdim edib.
Qarışıq cütlüklər növbəti mərhələdə müvazinət hərəkətlərini nümayiş etdirəcəklər.
15:04
İyunun 21-də akrobatika gimnastikası üzrə qızlar arasında keçirilən komanda və qarışıq cütlüklərin yarışlarının final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, birinci Avropa Oyunları çərçivəsində Milli Giminastika Arenasında keçirilən komanda yarışlarında və qarışıq cütlüklərin mübarizəsində ümumilikdə 6 ölkə təmsilçisi qüvvəsini sınayır. İdmançılar əsasən müvazinət və temp hərəkətlərini nümayiş etdirirlər.
Qarışıq cütlüklərin mübarizəsində xalça üzərinə ilk olaraq çıxan rusiyalı akrobat gimnastlar temp hərəkətlərini nümayiş etdiriblər. Bu növdə ölkəmizi Ulyana Dyakova və Anatoliy Leonov təmsil edəcəklər.
Gün ərzində azərbaycanlı gimnastlar qrupu (Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova) da birincilik uğrunda mübarizə aparacaqlar.
"Bakı-2015" birinci Avropa Oyunlarının proqramına daxil edilən iki qeyri-Olimpiya gimnastika növündən biri olan akrobatika gimnastikası üzrə yarışlara bu gün yekun vurulacaq.