Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan daha 10 nəfərin şəxsiyyəti müəyyənləşib
Astana, 26 dekabr, AZƏRTAC
Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olan 38 nəfərdən daha 10 nəfərin şəxsiyyəti müəyyən edilib: 4-ü Azərbaycan, 3-ü Qazaxıstan, 3-ü Rusiya vətəndaşıdır.
AZƏRTAC Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, digərlərinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. 20 zərərçəkən tibb müəssisələrində qalır. Xəstəxanaya yerləşdirilən 29 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib.
Hadisə yerində 235 şəxsi heyət əməkdaşı çalışır, 98 vahid texnika cəlb olunub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:21]
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə iyun ayının pensiyaları ödənilib
- 12.06.2026 [12:54]
İcra Xidmətinin rəis müavini: Xüsusi icra institutu mərhələli tətbiq edilir
- 12.06.2026 [12:42]