Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AKTUAL EKRAN

Prezidentin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlaqədar iyunun 28-də Azərbaycan televiziyasının “Aktual ekran” verilişində suallara cavab vermişlər. Həmin verilişin mətnini oxuculara təqdim edirik. 

SUAL: Konstitusiyada dəyişiklik edilməsi hansı zərurətdən irəli gəlmişdir?

ŞAHİN ƏLİYEV : Ümumiyyətlə, demək lazımdır ki, hər bir ölkənin konstitusiyası əbədi olaraq “donmuş” şəkildə qala bilməz. Cəmiyyət, dövlət inkişaf edir və əlbəttə, konstitusiya cəmiyyətdə mövcud olan real ictimai münasibətləri qaydaya salan bir aktdır. İctimai münasibətlər dəyişdikcə, əlbəttə, konstitusiyanın mətnində də müəyyən dəyişikliklər edilməlidir. Hesab edirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılması barədə fərmanın preambulasında bu suala cavab verilibdir. Ona görə ki, birincisi, insan hüquqları ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində çox mükəmməl dəyişikliklər həyata keçirilib və Milli Məclis insan hüquqlarının tənzimlənməsinə dair Konstitusiya Qanununun layihəsini birinci oxunuşda qəbul etmişdir. Bu da Azərbaycanın Avropa Şurasına daxil olmasından irəli gəlir. Dəyişikliklərin bir hissəsi bununla bağlıdır.

Digər bir hissəsi məhkəmə islahatları ilə bağlıdır. Daha bir hissəsi Milli Məclisin, icra hakimiyyətinin işinin, ümumiyyətlə, təkmilləşdirilməsi zərurəti ilə əlaqədardır.

SUAL: Müxalifət mətbuatında qeyd olunur ki, Konstitusiyda dəyişiklərlə bağlı layihənin referenduma çıxarılmasında bir qədər tələsikliyə yol verilmişdir. Yəni onlar deyirlər ki, Prezident, müəyyən mənada, səlahiyyətlərini aşıbdır. Bununla bağlı nə deyərdiniz?

CAVAB: Konstitusiyaya dəyişikliklər haqqında referendum aktının layihəsi, ümumiyyətlə, hüquqşünaslar tərəfindən təhlil edilməlidir və hesab edirəm ki, bazar səviyyəsində edilən söhbətlər layihənin mahiyyətinin başa düşülməsində, anlaşılmasında heç də köməklik göstərmir. Prezident səlahiyyətlərini necə aşa bilər - bu, mənim üçün qaranlıq bir məsələdir. Ona görə ki, Konstitusiyanın 109-cu maddəsində Prezidentin səlahiyyətləri tam və əhatəli şəkildə sadalanıbdır. Orada göstərilibdir ki, referendum elan edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aiddir.

Eyni zamanda, bu səlahiyyət Milli Məclisə də məxsusdur. Bu hüququn hər bir subyekti onu öz anlayışı ilə nə vaxt və nə cür zəruri hesab etsə, o cür də tətbiq edə bilər. Hesab edirəm ki, burada heç bir tələsikliyə yol verilməyibdir. Ona görə ki, cənab Prezidentin məktubu Konstitusiya Məhkəməsinə iyunun 14-də ünvanlanmışdı. Konstitusiya Məhkəməsinin hakimləri yalnız bir həftədən sonra yığışaraq, bu layihəyə öz münasibətlərini bildirmişdilər. Heç bir qapalılıq, gizlilik olmayıbdır. Hər bir məhkəmə baxışı açıq prosedurdur. O məhkəmə baxışında Konstitusiya Məhkəməsinin rəyinin bildirilməsi prosesində mən də iştirak etmişəm. Həmin məhkəmə zalında kütləvi informasiya vasitələrinin nümayəndələri də oturmuşdular. Konstitusiya Məhkəməsi hakimlərinin bu layihəni hərtərəfli öyrənmək üçün kifayət qədər vaxtları vardır. Hesab edirəm ki, üçsəhifəlik layihə üçün bir həftə normal müddət sayıla bilər.

SUAL: Həmin layihədə Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin genişləndirilməsi də var. Vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət etməsi, ümumiyyətlə, Konstitusiya Məhkəməsinin səlahiyyətləri barədə nə deyə bilərsiniz?

SƏFA MİRZƏYEV: Dediyiniz tələskənliklə əlaqədar bayaqkı suala bir əlavə etmək istəyirəm. Şahin müəllim burada tamamilə doğru dedi ki, tələskənlik haqqında heç bir söhbət gedə bilməz. Çünki 1997-ci ildə qəbul etdiyimiz “Referendum haqqında” Azərbaycan Respublikasının Qanunu var. O Qanunla müəyyən edilib ki, ya cənab Prezident, ya Milli Məclis referendum təyin edəndə, həmin referendum hansı müddətdə keçirilə bilər. Cənab Prezident də o Qanuna uyğun olaraq hərəkət edibdir. Yəni, orada minimum vaxt iki ay, maksimum vaxt isə dörd ay göstərilibdir.

Tələskənlik, yaxud vaxtın uzadılması o vaxt ola bilərdi ki, bu qanunun müddəaları pozulaydı. Yəni, o, iki aydan tez və ya dörd aydan gec təyin olunaydı. Bu referendum qanunauyğun müddətdə təyin olunubdur.

O ki qaldı Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə, mən məsələni bir qədər başqa cür qoyardım. Söhbət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin artırılmasından getmir. Konstitusiya Məhkəməsinin səlahiyyətləri necə vardısa, elə də qalır. Yəni, ölkəmizdə olan qanunvericilik sisteminin iyerarxiyasına uyğun olaraq Konstitusiyanı gözləmək, qanunları gözləmək... Mən burada məsələni başqa cür qoyardım: Vətəndaşların səlahiyyətləri artıb, yəni, şəxslər hesab etsələr ki, mövcud qanunlar, normativ hüquqi aktlar onların hüquqlarını, azadlıqlarını pozur, bu halda onlar Konstitusiya Məhkəməsinə birbaşa müraciət edə bilərlər. Belə olduqda hər bir vətəndaş bütün digər hüquqi vasitələrdən istifadə olunduqdan sonra Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ əldə edir.

Bundan başqa Konstitusiya Məhkəməsinə, həmçinin adi məhkəmələrə də birbaşa müraciət edə bilərlər. Düzdür, burada bir xüsusiyyət var. O da ondan ibarətdir ki, Ali Məhkəmələr Konstitusiya Məhkəməsinə Konstitusiyanın və Qanunların şərhi ilə əlaqədar müraciət edə bilər. Bu da çox vacibdir. Bilirsiniz ki, məhkəmələr qanunları tətbiq edən orqanlardır. Qanunların tətbiqində ümumi bir tendensiyanı gözləmək üçün ümumi anlayışlardan istifadə etmək çox vacibdir ki, məhkəmələr qanunları Konstitusiya Məhkəməsinin verdiyi şərh əsasında tətbiq etsinlər.

Nəhayət, ölkəmizdə bir institut da təsis olunubdur - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu. Bilirsiniz ki, Ombudsman haqqında Qanun qüvvəyə minib. Yəqin ki, yaxın vaxtda Ombudsman təyin olunacaq. Ombudsmanın insan hüquqlarını qorumaq məqsədi ilə Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ olmalıdır.

Bu, referendum aktında öz əksini tapıbdır.

SUAL: Səfa müəllim, yeri gəlmişkən, Ombudsmanın təyin olunması hansı qaydada olacaqdır? Bu dəyişikliklərdə bəzi məhkəmələrin təyin edilməsi də nəzərdə tutulur. Bu hansı şəkildə olacaqdır?

SƏFA MİRZƏYEV: Ombudsmanın təyin olunması Konstitusiya qanununda öz əksini artıq tapıbdır. Ölkəmizdə belə prosedura ilk dəfədir ki, əl atırıq. Cənab Prezident tanınmış, bütün ölkə, cəmiyyət tərəfindən qəbul olunan 3 nəfərin namizədliyini Milli Məclisə təqdim etməlidir. Milli Məclis həmin üç nəfərdən birini Ombudsman vəzifəsinə seçməlidir. Bilirsiz ki, bu, çox vacibdir. Ona görə ki, Milli Məclisdə bir seçim olmalıdır. Yəni, üç nəfərdən biri, ən layiqlisi, daha çox layiqlisi, - çünki təqdim olunanların hər üçü layiqli şəxslər olacaqdır, - daha çox layiqlisi bu vəzifəyə seçiləcəkdir.

O ki qaldı məhkəmələrə, burada əsas dəyişiklik ondan ibarətdir ki, indiyədək hakimlərin tam əksəriyyətini cənab Prezident birbaşa təyin edirdi. İstisna ancaq Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, İqtisad Məhkəməsinin hakimlərinə aid idi. Burada müəyyən dərəcədə tarazlığın pozulması vardı. Bu da ondan ibarət idi ki, İqtisad Məhkəməsi bizdə apellyasiya instansiyası idi. Apellyasiya məhkəməsi kimi fəaliyyət göstərirdi. Onun hakimləri, cənab Prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunurdu. Digər apellyasiya məhkəmələrinin hakimləri isə birbaşa cənab Prezident tərəfindən təyin olunurdu. Tarazlığın bu cür pozulmasını aradan qaldırmaq üçün artıq bütün apellyasiya məhkəmələrinin hakimləri eyni qaydada, cənab Prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunacaqdır. Bu da, sözsüz ki, hakimlərin statusundakı bərabərsizliyi aradan qaldıracaqdır.

SUAL: Şahin müəllim, siyasi partiyaların, eyni zamanda, ictimai təşkilatların ləğvi əvvəl Konstitusiya Məhkəməsinin səlahiyyətində idi. İndi bu səlahiyyət ondan alınır. Bu barədə nə deyərdiniz?

ŞAHİN ƏLİYEV: Mən hesab edirdim ki, bu səlahiyyətin bilavasitə Konstitusiya Məhkəməsinə verilməsi insan hüquqlarının açıq-aydın pozulması idi. Ona görə ki, bizim Konstitusiyada insanların birləşmək hüququ var. Eyni zamanda, məhkəməyə müraciət etmək hüququ var. Siz təsəvvür edin, bir şəxs Konstitusiya Məhkəməsinə müraciət edirsə və Konstitusiya Məhkəməsi tərəfindən qərar qəbul edilirsə, Konstitusiya Məhkəməsi Azərbaycanda yeganə orqandır ki, onun qərarı nə dəyişdirilə bilər, nə də ləğv oluna bilər. Yəni, bu siyasi partiyanın, bu ictimai təşkilatın, həmin siyasi partiyada, həmin ictimai təşkilatlarda birləşən vətəndaşların məhkəməyə təkrar müraciət etmək hüquqları əllərindən alınırdı. Yəni, bu hüquq çox ciddi şəkildə məhdudlaşırdı.

Amma bu məhdudiyyət Konstitusiya Məhkəməsinin səlahiyyətindən götürüldükdə, artıq məsələ normal məhkəmə qaydasında həll edilə bilər. Yəni, ilkin qərar aşağı məhkəmə tərəfindən qəbul edilir, sonra həmin qərardan apellyasiya məhkəməsinə şikayət vermək olar. Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət vermək olar. Nəhayət, Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət vermək olar. Yəni, hər bir şəxs üç əlavə instansiyaya - məhkəməyə müraciət etmək hüququ əldə edir. Mən həmin məsələyə bu nöqteyi-nəzərdən baxıram.

 

SUAL: Referendum aktının layihəsində seçki sisteminin təkmilləşdirilməsi də nəzərdə tutulur. Bildiyiniz kimi, bizdə Milli Məclisə seçkilərin həm mojaritar, həm də proporsional qaydada aparılması nəzərdə tutulurdu. İndi proporsional sistemin aradan götürülməsi, yalnız mojaritar qaydada seçkilərin keçirilməsi nəzərdə tutulur. Bu dəyişiklik barədə nə deyərdiniz?

ŞAHİN ƏLİYEV: Hesab edirəm ki, Azərbaycan üçün hazırkı vəziyyətdə ən münasib seçki sistemi mojaritar seçki sistemidir. Mən nəyə görə belə hesab edirəm? Ümumiyyətlə, proporsional seçki sistemi nə deməkdir? Bu seçki sistemi o deməkdir ki, vətəndaşlar bütövlükdə siyasi partiyaya səs verirlər. Praktik nöqteyi-nəzərdən bu nə deməkdir? Bu o deməkdir ki, siyahıda müəyyən görkəmli şəxsin partiya lideri kimi adı göstərilir və 10, 15, 20, 50 nəfər bu adama qoşulub seçkilərdə səsvermədə iştirak edirlər. Bu, partiya liderinin də, ora qoşulan insanların da şəxsi keyfiyyətləri seçicilər tərəfindən yoxlanıla bilməz. Seçicilər bu şəxslərə dair konkret, necə deyərlər, fərdi qaydada seçimlərini müəyyən edə bilməzlər. Onlar bütünlükdə bu siyahının ya lehinə, ya da əleyhinə səs verməlidirlər. Yəni, bu cür seçkilərdə bilavasitəlik prinsipi itir. Amma sual oluna bilər ki, bu proporsional seçki sistemi bir çox dövlətlərdə mövcuddur. Əlbəttə, bunun mövcudluğu nədənsə irəli gəlir, nədənsə yaranır, bunun izahı var. Bu proporsional seçki sistemləri yalnız və yalnız parlament tipli respublikalarda tətbiq edilib. Ona görə ki, həmin dövlətlərdə hökumət parlament tərəfindən formalaşır və parlamentdə hökumətin formalaşmasına fərdi deputatlar yox, partiyalar təsir göstərirlər. Bunun üçün də proporsional seçki sistemi lazımdır ki, partiyadan seçilmiş deputatlar parlamentdə vahid bir qüvvə kimi fəaliyyət göstərsinlər və bu vahid qüvvə hökumətin formalaşmasında iştirak edə bilsin. Siz təsəvvür edin, fərdi qaydada seçilmiş 200-300 deputat hökuməti necə formalaşdıra bilər. Hökumətin formalaşmasında necə iştirak edə bilər? Bu, mümkün deyildir. Yəni, bu sistem, yenə təkrar edirəm, parlament tipli respublikalar üçün yaradılıb. Partiya fraksiyalarında, partiya siyahısı ilə seçilmiş deputatlar arasında səsvermədə isə belə bir azadlıq yoxdur. Orada partiya nizam-İntizamı var. Partiya necə qərar verirsə, səsvermə də elə keçirilir. Yəni, deputatlar bu sistemdə özlərini fərdi qaydada göstərə bilmirlər. Onlar necə deyərlər, bir növ səsvermə mexanizmlərinin rolunu oynayırlar. Yalnız Fransada, yarı prezidentli respublikada, Amerika Birləşmiş Ştatlarında - Prezidentli respublikada, hətta Prezidentli olmayan Böyük Britaniyada, bir sıra böyük dövlətlərdə sırf mojaritar seçki sistemi tətbiq edilir. Hətta demokratiya təcrübəsi yüz illərlə ölçülən İtaliyada daimi hökumət böhranlarından yaxa qurtarmaq üçün sırf proporsional seçki sistemindən imtina ediblər. Onlar artıq qarışıq seçki sistemi tətbiq edirlər. Mənim izahım budur.

SUAL: Səfa müəllim, kütləvi informasiya vasitələrində müzakirələr doğuran dəyişikliklərdən biri də Prezident səlahiyyətlərinin icrası ilə bağlıdır. Yəni, əvvəlcə Konstitusiyada nəzərdə tutulurdu ki, prezident vəzifədən vaxtından əvvəl getdikdə bu səlahiyyətlər Milli Məclisin sədrinə verilir. İndi dəyişiklikdə nəzərdə tutulur ki, bu səlahiyyətlər baş nazirə verilir. Baş nazir vaxtından əvvəl istefa verirsə, həmin səlahiyyətlər Milli Məclisin sədrinə keçir. İstərdim ki, tamaşaçılara bu barədə məlumat verəsiniz.

ŞƏFA MİRZƏYEV: Mətbuatda ən çox müzakirə obyektinə çevrilən elə bu məsələdir. Bu, məndə bir az çaşqınlıq yaradır. Bu, sözün həqiqi mənasında, sırf texniki məsələdir. Bunun siyasiləşdirilməsinə heç əsas da yoxdur. Məsələ burasındadır ki, prezident üsul-idarəsi mövcud olan respublikaların demək olar hamısında əgər prezident vaxtından əvvəl vəzifəsindən gedirsə, o vəzifənin icrası icra strukturlarında sonra gələn ikinci şəxsə keçir. Bu, normal haldır.

ABŞ-da da belədir. Prezident gedirsə, onun səlahiyyətlərini vitse-prezident yerinə yetirir. Daha doğrusu, prezident səlahiyyətləri birbaşa vitse-prezidentə keçir. Fransada belədir: prezident vaxtından əvvəl öz kürsüsünü tərk edirsə, onun səlahiyyətləri hökumət başçısına- baş nazirə keçir. Rusiyada da prezident vaxtından əvvəl öz vəzifəsindən gedirsə, onun səlahiyyətləri hökumətin sədrinə keçir. Yəni, bu, normal bir qaydadır.

Sual oluna bilər ki, əgər belədirsə, biz 1995-ci ildə bu qanunu niyə qəbul etmədik. Bizdə müəyyən, mən deyərdim ki, keçmişdən qalma bir süstlük vardı, çünki əvvəllər, sovet dövründə Ali Sovet ali dövlət orqanı idi, bütün məsələləri həll edirdi, ona görə də biz belə hesab edirdik ki, prezidentdən sonra səlahiyyət ona keçməlidir. Bizdə də Milli Məclisə çevrildi, prezidentin səlahiyyətləri də ona keçməlidir. Həyat göstərdi ki, prezidentin səlahiyyətlərini baş nazir daha yaxşı həyata keçirə bilər. Çünki o, birbaşa icra strukturları ilə bağlıdır və üç ay ərzində prezident səlahiyyətlərini baş nazir daha yaxşı həyata keçirə bilər.

Bu barədə mütəxəssislərin fikri yekdildir. Bu reallığı hamı dərk edir. Hətta müxalifətdə də həmin məsələyə obyektiv yanaşan adamlar belə hesab edirlər ki, bu normal dəyişiklikdir. Bəzi qüvvələr bunu siyasiləşdirmək istəyirlər. Prezident Aparatı ilə Milli Məclis arasında nifaq salmaq məqsədi ilə bu məsələni çox çək-çevirə salmaq istəyirlər. Mən açıq demək istəyirəm ki, bu, mümkün olan iş deyil, bizdə artıq 7 ildir ki, Prezident, Milli Məclis vahid dövlət siyasətini həyata keçirirlər. Onların arasında sıx əlaqələr mövcuddur. Bizim aramızda heç bir narazılıq, ziddiyyət yoxdur. Cənab Prezident Milli Məclisin fəaliyyətini həmişə yüksək qiymətləndirib, Milli Məclisin əksər deputatları da cənab Heydər Əliyevin əvəzsiz dövlət başçısı olmasını həmişə qeyd ediblər.

Digər texniki məsələlərdə bizim aramizda elə bir ziddiyyət yoxdur. Bəzi müxalifət üzvlərinin bunu hansı məqsədlərlə etdiklərini mən də, tamaşaçıların əksəriyyəti də yaxşı başa düşürlər. Mən bir daha bəyan etmək istəyirəm ki, belə cəhdlərin hamısı hədərdir. Prezident aparatı ilə Milli Məclis birlikdə indiyə qədər Azərbaycan dövlətini demokratik, hüquqi dövlət istiqamətində necə inkişaf etdiriblərsə, bundan sonra da belə olacaq.

SUAL:-Milli Məclisin öz işinin təşkilində də müəyyən dəyişikliklər nəzərdə tutulur. Bunlar hansı dəyişikliklərdir?

SƏFA MİRZƏYEV: Bilirsiniz ki, Konstitusuyanın 95-ci maddəsində Milli Məclisin müəyyən qərarlar qəbul etmək səlahiyyəti vardı. Bu səlahiyyətlər qapalı xarakter daşıyırdı. Milli Məclis həmin maddədə göstərilən səlahiyyətlərdən kənara çıxa bilməzdi. Ancaq təcrübə, həyat göstərdi ki, Milli Məclis bir sıra hallarda müxtəlif ictimai-siyasi hadisələrə öz münasibətini bildirmək zərurəti ilə qarşılaşır. Bu dəyişiklik ondan ibarətdir ki, Milli Məclisə səlahiyyət verilir ki, lazım olanda bu cür qərarlar da qəbul etsin, daxili işini qurmaq üçün müstəqil qərarlar da qəbul etsin. Bu dəyişikliklər Milli Məclisin səlahiyyətlərini daha da genişləndirir.

Bir məsələ də var. Milli Məclisin səlahiyyətinə ombudsmanın seçilməsi məsələsi daxil olunub. Bu da artıq Konstitusiya Qanunundan irəli gəlir.

Nəhayət, bilirsiniz ki, Milli Məclisin iki orqanı- Hesablama və Auditor palatası yaradıldı. Əksər ölkələrdə Hesablama və Auditor palataları vahid bir qisimdə çıxış edirlər. Yəni, Hesablama Palatası həm də auditor fəaliyyətinə rəhbərlik edən orqan kimi çıxış edir. Bizdə də olan bu ikiliyi aradan qaldırmaq üçün bu yaxınlarda Auditor Palatası haqqında müddəa Milli Məclis səlahiyyətindən çıxarılıb. Yəqin ki, qanunvericiliyə dəyişiklik edərək, bu iki orqanı vahid bir orqanda cəmləşdirəcəyik.

SUAL: Məhkəmə sistemində də müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulub. Səfa müəllim bu məsələyə toxundu. Ali məhkəmənin, prokurorluğun nəzarət funksiyalarının götürülməsi ilə bağlı dəyişikliklər barədə nə deyə bilərsiniz?

SƏFA ƏLİYEV: Səfa müəllim Milli Məclisin səlahiyyətlərindən danışdı. Əlavə etmək istərdim ki, hakimlərin təyin edilməsində Milli Məclisin səlahiyyəti artıb. Artıq Apellyasiya Məhkəməsinin hakimləri də Milli Məclis tərəfindən təyin ediləcək. Ümumiyyətlə, onu deyim ki, Azərbaycanda keçirilən məhkəmə islahatları ölkəmizdəki məhkəmə sistemini tam dəyişib. Biz MDB məkanında ardıcıl, dönməz məhkəmə islahatları həyata keçirilən yeganə ölkəyik.

1995-ci ildə Konstitusiya layihəsi tərtib edilən vaxt Ali Məhkəmədə keçmiş sovet dövründən qalmış müəyyən səlahiyyətlər mövcud idi. Bu, aşağı məhkəmələrin işinə nəzarət funksiyası idi. Yəni, Ali Məhkəmə bu və ya digər məsələyə-məhkəmə hökmünə, qərarına dair öz münasibətini bildirə bilərdi. Bu da hakimlərin qərəzsizlik prinsipini pozurdu. Deməli, şikayət yoxdursa, mübahisə yoxdursa, hakimin işə qarışmağa, ümumiyyətlə, hüququ yoxdur. Aşağı məhkəmələrin fəaliyyətinə nəzarət bu nöqteyi-nəzərdən 1995-ci ilin Konstitusiyasında nəzərdə tutulmuşdu. O vaxtlar da bizdə məhkəmə islahatları təzə-təzə başlayırdı. Ona görə bu funksiya - Ali Məhkəmənin səlahiyyətindən, onun statusunu müəyyən edən maddədən “aşağı məhkəmələrin işinə nəzərat edir” sözləri çıxarılır.

O ki, qaldı prokurorluğa, mən deməzdim ki, qanunvericiliklə prokurorluqdan nəzarət funksiyası tam götürülür. Nəzarət funksiyası prokurorluqda mövcuddur, ona görə ki, ibtidai istintaqda prokuror istintaq hərəkətlərinin həyata keçirilməsində tam nəzarət hüququna malikdir. Bu nəzarət prokurorluq tərəfindən həyata keçirilir.

Sonra, prokurorluq haqqında qanunda prokurorluğun funksiyasına belə səlahiyyət aid edilib ki, onlar azadlıqdan məhrumetmə yerlərində cəzanın öz məqsədinə çatmasını təmin edirlər, ona yardım göstərirlər. Prokurorluğa aid maddədə nəzarət funksiyası tam götürülmür. Onun funksiyasından iki söz götürülür. Konstitusiyada belə bir formul getmişdi: qanunların eyni cür və dürüst tətbiqinə və icrasına. Eyni cür və dürüst, tətbiq və icra sözləri Leninin sözləridir. Bu sözləri 1922-ci ildəki məşhur məqaləsində yazmışdı. Əlbəttə Azərbaycanın keçmiş prokurorluğunda da bu formul öz əksini tapmışdı. Bu formul avtomatik olaraq yeni Konstitusiyaya keçmişdi.

Amma bu formul mahiyyətcə prokurorluğun səlahiyyətlərini nə genişləndirirdi, nə də məhdudlaşdırırdı. Ümumilikdə, mənasız olduğuna görə bu sözlər Konstitusiyadan çıxarılıb. Yəni, prokurorluğun səlahiyyətləri heç də məhdudlaşdırılmır.

SƏFA MİRZƏYEV: Vaxtilə prokurorluqda ümumi nəzarət deyilən bir anlayış vardı. Yəni, prokuror dövlətin gözü kimi hər bir qanunun tətbiqinə nəzarət edirdi. Hər işə qarışa bilərdi, yoxlama apara bilərdi və sair. Artıq biz sivil prokurorluğa keçirik və ümumi nəzarəti qanunvericilikdən çıxarmışıq. Prokurorluq haqqında son qanunda “ümumi nəzarət” sözləri yoxdur. Bununla əlaqədar Konstitusiyada qalan köhnə formullar yeni bir anlayışa dəyişdirilib.

SUAL: Lahiyədə, eyni zamanda, “referenduma çıxarıla bilməz” ifadəsi ilə bağlı dəyişiklik var. Hansı hallarda məsələlər referenduma çıxarıla bilməz? Bu dəyişikliklər hansılardır?

SAHİN ƏLİYEV: Bir çox ölkələrdə bəzi məsələlər referenduma çıxarıla bilməz. Belə məsələlərin siyahısı Avropa ölkələrinin əksəriyyətində var. Amma o siyahılar müxtəlifdir.

Bu məqsədlə bizim Konstitusiyanın 3-cü maddəsinə dəyişikliklər edilir. Layihədə müəyyən edilir ki, vergilərlə bağlı heç bir məsələ referenduma çıxarıla bilməz. Özünüz təsəvvür edin, sabah Milli Məclis belə bir təşəbbüs irəli sürür ki, vergilər 10 faiz artsın. Bu məsələ çıxarılır referenduma. Bu məsələyə kim səs verəcək? Təbii ki, heç kim. Əhalinin əksəriyyəti verginin azaldılmasına səs verəcək. Bu da o deməkdir ki, dövlət dağılacaq.

Digər bir məsələ: amnistiya və əfvetmə. Siz bilirsiniz ki, amnistiya və əfvetmə ali qanunvericilik orqanının və dövlət başçısının müstəsna şəxsi səlahiyyətləridir. Yəni, bu halda həmin səlahiyyətlər tətbiq edilərkən amnistiya və əfvetmə vaxtı müxtəlif cəhətlər öyrənilir. Həbsxanalarda nə qədər dustaq yatır, bunların hansı qadınlardır, kimlərin uşağı var, kimin səhhəti nə vəziyyətdədir? Yəni, bu məsələyə bir çox hallarda fərdi yanaşırlar. Bunu da referenduma çıxarmaq olmaz. Cünki bu məsələyə fərdi yanaşmamaq mümkün deyil.

Başqa bir məsələ: seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi, müvafiq olaraq Milli Məclisin və ölkə başçısının, cənab Prezidentin səlahiyyətlərinə aid edilən şəxslərin təyin edilməsi.

Misal üçün, Milli Məclisin səlahiyyətinə aid edilib ki, cənab Prezident tərəfindən təqdim edilən ombudsmanı seçsin. Üç nəfərdən birini. Nəzəri cəhətdən fərz edək, Milli Məclis qərar qəbul edir ki, həmin ombudsmanın təyin edilməsi referenduma çıxarılsın. Bu, mümkün deyil. Bir sıra vəzifəli şəxslər var ki, onlar Prezident tərəfindən, Milli Məclis təfindən təyin edilir. Bu məhdudiyyətlər sivil ölkələrin əksəriyyətində qəbul edilir. Zəruri hesab etmişik ki, bunlar bizim Konstitusiyada öz əksini tapsın.

Sual oluna bilər ki, vaxtilə Konstitusiya tərtib ediləndə bu məsələ niyə nəzərə alınmayıb? Mən ümumiyyətlə, 1995-ci il Konstitusiyasının qəbul edilməsini Azərbaycanın tarixində inqilab hesab edirəm. Ona görə ki, Azərbaycan birdən-birə tam demokratik, müasir standartlara cavab verən Konstitusiya qəbul etmişdi. Əlbəttə, həmin Konstitusiyanın müəllifləri ölkənin necə inkişaf edəcəyini, məhkəmə islahatlarının nə vaxt həyata keçiriləcəyini, ölkəmizin Avropa Şurasına nə zaman qəbul ediləcəyini o vaxt görə bilməzdilər. Mən hesab edirəm ki, inkişaf edən dövlətdə, hərtərəfli islahatlar aparılan bir ölkədə, o cümlədən bizdə Konstitusiyaya vaxtaşırı dəyişikliklərin olunması təbiidir.

SUAL: Səfa müəllim, söhbətimizin əvvəlində biz bu dəyişikliklərin yaranması zərurətindən danışdıq. Mətbuatda belə informasiyalar da səslənir ki, Konstitusiyaya dəyişikliklər ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlıdır. Bu barədə sizin fikriniz nədir?

SƏFA MİRZƏYEV: Sözsüz ki, dəyişikliklər edilərkən Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklər də nəzərə alınıb. Ancaq bu dəyişikliklər bizim daxili iradəmizdən gəlir. Çünki , Şahin müəllim bunu yaxşı dedi, cəmiyyət, dövlət, ictimai münasibətlər inkişaf edir, sözsüz ki, bu inkişafla bağlı Konstitusiyada dəyişikliklər edilməlidir.

Burda çoxları təşkilatı məsələlərə fikir verir, amma mən diqqəti insan hüquqları ilə bağlı bir sıra məsələlərə cəlb etmək istərdim. Fikir verin, 27-ci maddədə dəyişiklik təklif olunub. Bu, yaşamaq hüququ ilə, insanın ən vacib hüququ ilə bağlı olan dəyişiklikdir. Konstitusiyada biz köhnə anlayışdan irəli gələrək yazmişdiq ki, fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin əmrini yerinə yetirmədiyinə görə insana qarşı silah işlədilə bilər. Yəni, insanın yaşamaq hüququ bu sahədə bir qədər məhdudlaşırdı. İndi biz bilərəkdən bunu aradan qaldırırıq. Elə hesab edirik ki, heç bir halda insana qarşı silah işlədilə bilməz. Burada müstəsna müharibə şəraiti ola bilər. Bəli, müharibə zamanı əgər bizə xarici dövlət basqın edibsə, onların əsgərlərinə qarşı biz silah işlədə bilərik. Ancaq öz vətəndaşlarımıza qarşı silah işlətmək düzgün deyil.

Bu baxımdan demokratik ruhlu dəyişiklikləri mən ön plana çəkərdim. Çünki dövlətin demokratikliyinin göstəricisi də odur ki, ona qıraqdan təzyiq etməyə görə yox, özü, özündəki nöqsanları görüb aradan qaldırsın. Cənab Prezidentin təşəbbüsünün əsas qiyməti də ondan ibarətdir ki, möhtərəm Prezidentimizin iradəsi ilə, şəxsi təşəbbüsü ilə Konstitusiyaya edilən dəyişikliklər bizim dövlətin daha da demokratikləşdirilməsinə, humanitar istiqamətdə inkişafına yönəlmiş dəyişikliklərdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fərid Qayıbov Çadın gənclər və idman naziri ilə görüşüb

İqtisadiyyat naziri: Azərbaycanda sahibkarların bizneslə məşğul olmaları üçün çox yaxşı şərait yaradılır

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala yüksəlib

DİN: İyunun 27-də ölkədə qeydə alınan 42 cinayətin üstü açılıb

Eldəniz Babayev: Belə bir sərgi ilə bağlı ideya uzun illərdir qəlbimdə yaşayırdı

Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir

İstanbulda azərbaycanlı rəssamın “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

Tramp: “Bayden bizi III Dünya müharibəsinə sürükləyəcək”

Baydenlə Trampın ilk debatı keçirilib

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürülüb

Samuxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb

Lerikdə zəlzələ olub VİDEO

Sabunçuda qətl törədilib

Laçın sakini: Dövlətimlə, xalqımla fəxr edirəm

Keçmiş məcburi köçkün: Laçın bizim Kəbəmizdir

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Kürdəmirdə ağır yol qəzası baş verib

Quterreş: BMT-nin Təhlükəsizlik Şurasının islahatı Afrikaya daimi üzvlüyün təqdim edilməsindən başlamalıdır

Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir