İDMAN
Aleksey Kopnin: Fərdi yarışlarda yüksək nəticə göstərəcəyimə inanıram
Bakı, 17 iyun, S.İsgəndərova, C.Rüstəmov, AZƏRTAC
İnanıram ki, fərdi yarışlarda yüksək nəticələr qazanacam.
Birinci Avropa Oyunlarının keçirildiyi arenalarda ideal şərait yaradılıb. Bu idmançıları daha yaxşı nəticələr qazanmağa ruhlandırır. İnanıram ki, mən də fərdi yarışlarda yüksək nəticə göstərəcəm. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində kamandan oxatma yarışlarında Azərbaycanı təmsil edən Aleksey Kopnin bildirib.
İlk Avropa Oyunlarında çıxış etməyin həqiqətən fərəhləndirici olduğunu söyləyən A. Kopnin deyib: “Sevinirəm ki, bu yarışlarda mən də iştirak edirəm. Düzdür, komanda yarışlarında pis çıxış etməsək də, növbəti mərhələyə keçə bilmədik. Bir neçə xal fərqi ilə geridə qaldıq. Buna baxmayaraq, fərdi yarışlarda yüksək nəticə göstərəcəyimə inanıram”.