Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi aparılır

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi aparılır

Bakı, 15 avqust, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçiminə başlanılıb. İxtisas seçimi avqustun 19-dək davam edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas qrupları üzrə müsabiqə şərtləri aşağıdakı kimidir:

I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.

“Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılırlar.

II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılırlar:

Marketinq;

Biznesin idarə edilməsi;

Kommersiya;

Regionşünaslıq (regionlar üzrə);

Turizm və otelçilik.

III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

“Jurnalistika” ixtisasını yalnız III ixtisas qrupu üzrə təqdim olunan müsabiqə şərtlərini ödəyən və test imtahanından sonra təqdim olunmuş mövzu üzrə yazı işini (inşanı) müvəffəqiyyətlə yerinə yetirən abituriyentlər seçə bilərlər.

IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq”, “Bitki mühafizəsi”, “Bağçılıq və tərəvəzçilik” ixtisasları və Lənkəran Dövlət Universitetinin “Bağçılıq və tərəvəzçilik” ixtisası üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci nömrəsində dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci nömrəsində dərc edilib.

Subbakalavrlar ixtisas seçimində iştirak etmək üçün avqustun 15-dən 19-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunub. Qəbul aparılan ixtisasların uyğunluğu “Abituriyent” jurnalının “2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə subbakalavrların qəbulu elanı” adlı xüsusi buraxılışında (bax: “Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”) və “Abituriyent” jurnalının 8-ci nömrəsində (“Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”nə edilmiş əlavə) təqdim olunub.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Orta ixtisas təhsili müəssisələrinin isə dövlət hesabına və ya ödənişli əsaslarla qəbul aparılan ixtisaslarının kodları fərqlidir. Hər bir ixtisas kodu ərizəyə ayrıca daxil edilməlidir.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gündən bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır

Əfqanıstanı ziyarət edən turistlərin sayı artıb

Doğma yurduna qayıdan Laçın sakini: Üç il ərzində belə şəraitin yaradılması bizə möcüzə kimi görünür

Laçın sakini: Uzun illərdir bu günləri həsrətlə gözləyirdik

Laçın rayonunun Sus kəndinə növbəti köç karvanı yola salınıb

Qarabağın dirçəldilməsi qüdrətimizin göstəricisidir

Araşdırma: İnsanın çöhrəsi qaraciyərdə olan xəstəliklərin əlamətlərini göstərə bilər

Bitki tərkibli qidalar ömrü uzadır

Avropada ilin əvvəlindən bəri ilk dəfə min kubmetr qazın qiyməti 400 dolları ötüb

Cənubi Koreya çip istehsalına rekord məbləğ ayırıb

Türkiyə son bir həftə ərzində 48 terrorçunu zərərsizləşdirib

Media: Zelenski iyunda İtaliyada keçiriləcək G7 sammitində iştirak etmək niyyətindədir

İyulun 11-i Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edilib

Mərakeşin 15-ə yaxın turizm şirkəti Azərbaycandadır

ABŞ-da ukraynalı pilotların ilk qrupu F-16-nı idarə etmək üçün təlim keçib

Nizami Kino Mərkəzində “Tacik Kinosu Günləri”nin bağlanış mərasimi olub

Moskvada yataqxanada baş verən yanğında 8 nəfər ölüb

Türkiyə Kubokunun sahibi məlum olub

İstanbulda silahlı qarşıdurma, ölən və yaralananlar var

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Kənd təsərrüfatı naziri Yevlaxda fermer təsərrüfatlarına baş çəkib

Çexiya Prezidenti motosiklet sürərkən xəsarət alıb

Moskvada Azərbaycan Turizm Bürosunun nümayəndəliyi açılacaq

AYB-də Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin kitabının təqdimat mərasimi keçirilib

Ukrayna daha 13 uşağı ailələri ilə birlikdə geri qaytarıb

Şimali Kiprdən olan şəhid ailəsinin üzvü: Çəkdiyim acıları, üzüntüləri Qarabağda da yaşadım

Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri Türkiyə Ədliyyə Nazirliyini ziyarət ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşlarla görüşüb

Gəncədə Tacikistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi olub

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Bakıda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir keçirilib

İbrahim Rəisi Məşhəddə dəfn edilib

Mariya Stadnik: İşini sevəndə və özünü ona həsr edəndə həmişə nəticə də olur

Amputant futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının finalında iştirak edəcək

Mayın 24-dən 27-dək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi gözlənilir

Azərbaycan və Almaniya hərbi nümayəndələrinin ekspert görüşü keçirilib

Azərbaycan zabitləri NATO-nun “Ekspert heyətinin işçi görüşü”ndə iştirak ediblər

Azərbaycan səfiri Niderlandda ölkəmizin üzləşdiyi mina problemindən danışıb

Mərkəzi Bank elektron pul təşkilatlarına və ödəniş təşkilatına müvafiq lisenziyalar verib

Siyasi tükənmişlik

® “Azercell” və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışıblar

Abdullah Uçan: Azərbaycan-Türkiyə gənclərinin işbirliyi qardaşlıq prinsipinə əsaslanır

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub

T.P.Əliyevanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Texniki nasaz yük avtomobilinin yolda qalması avtomobil sıxlığının yaranmasına səbəb olub

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazanıb

Ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Türkiyənin ədliyyə naziri: Türk Dövlətləri Təşkilatı mühüm işlərə imza atır

“Ağcabədi Taxıl Aqropark”ının yaradılmasına 9,8 milyon manat güzəştli kredit verilib

“Azərkosmos” və “Viasat” peyk xidmətləri üzrə əməkdaşlığa başlayır

Apreldə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 73 mindən çox müraciət olub

Şimali Kiprdə azərbaycanlı şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək

İtaliyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub VİDEO

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi yolları müzakirə edilib

Tələbələr arasında beş fənn üzrə respublika olimpiadasının final turu keçirilib

Azərbaycanın daha bir cüdoçusu dünya çempionu olub VİDEO

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri açıqlanıb

Türkiyənin “Fatih” gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayıb

Bu günədək 35 min 390 tələbə təhsil krediti alıb

® “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilən Respublika fənn olimpiadaları yekunlaşıb

Türk dünyasının mədəniyyət sahəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Britaniyada partiya liderləri seçki kampaniyasına başlayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pedaqogika elmi və müasirlik – respublika elmi konfransı

“Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan-ABŞ ikitərəfli gündəliyinin müxtəlif aspektləri müzakirə edilib

“Visit Naftalan” mobil tətbiqi təqdim olunub

TBMM-in nümayəndə heyəti Milli Məclisin bir neçə şöbəsinin əməkdaşları ilə görüşüb

Rafiq Hüseynov: Azərbaycan güləşinin gələcəyi uğurlu əllərdə olacaq

“Bu şəraitdə hazırlanan dönər insan üçün təhlükə yaradır” - VİDEOREPORTAJ

Azərbaycan Milli Kitabxanasının 101 illiyi münasibətilə virtual sərgi hazırlanıb

Bir sıra ümumi təhsil müəssisələrində yaranmış boş yerlərə şagird qəbulu üçün müsabiqə elan edilir

Sosial Dəstək Mərkəzində ictimai dinləmə keçirilib

“Mən gözəl bir məktəbə qonaq gəlmişəm” - professor Musa Qasımlı

® “Caspian Energy Club UK”in sədri Rəşad Şəkərov “Europe-Asia Intermodal Logistics Forum 2024: New Silk Way Shaping”də çıxış edəcək

“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı mexanizatorlarla görüşlərə başlayıb

® “Rabitəbank”da əmanətiniz qazanc üstə qazanc gətirəcək

Ədəbiyyat İnstitutunun əməkdaşı Türkmənistanda beynəlxalq konfransda məruzə edib

Azərbaycanın qadın güləşçiləri Bakıdakı Avropa çempionatının finalına vəsiqə qazanıblar

İRİA-nın sədri BANM-in xanım tələbələri ilə görüşüb

Ankarada türk ölkələrinin vəkillər birliklərinin əməkdaşlıq yolları müzakirə edilib

Dövlət Teatr Muzeyində Müstəqillik Günü qeyd olunub

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar verilib

Azərbaycan-Tacikistan əməkdaşlığı regional layihələrin inkişafına təkan verir ŞƏRH

Şəhid Elməddin Abbasov Sumqayıtda dəfn olunub

Elxan “Şimamoto” Xələfov: Blogerlik hələ tam sınanmamış sahədir və onun böyük gələcəyi var

ABŞ səfirliyinin müşaviri: Azərbaycanda bu proqramın həyata keçirilməsi güləşin inkişafına töhfə verəcək

Məktəblilərin Polimer Materialları İnstitutuna ekskursiyası təşkil olunub

Abşeron-Xızı regionundakı məktəblər üzrə I sinfə şagird qəbulu ilə bağlı 9859 sorğu yerləşdirilib

Azərbaycanın aerobika gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar

Şəkidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində festival keçiriləcək

MOK rəsmisi: Qadın güləşi ilə bağlı layihənin həyata keçirilməsi alqışalayiq addımdır

“S&P Global Commodity Insights” şirkəti ilə Azərbaycanın yaşıl enerji kursuna dair müzakirələr aparılıb

Mərkəzi Bankın əməkdaşları Naxçıvanda pul nişanları ilə bağlı sessiya keçiriblər

Şimali Kiprdən olan şəhid ailələri Xocalı və Ağdama səfər ediblər VİDEO

Amerikalı güləş mütəxəssisi: Bu layihə Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafına töhfə olacaq

Nazir: İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri COP29 çərçivəsində Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılır

“COP29: Gənclərin iqlim hərəkatına çağırışı” - BMU-da simpozium