ABŞ səfirliyinin müşaviri: Azərbaycanda bu proqramın həyata keçirilməsi güləşin inkişafına töhfə verəcək
Bakı, 23 may, AZƏRTAC
"Azərbaycanda bu proqramın həyata keçirilməsi güləşin inkişafına töhfə verəcək".
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Vanessa Zenci Milli Paralimpiya Komitəsində təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, son iki ildə həm amerikalı, həm də azərbaycanlı güləşçilərin iştirakı ilə bir sıra layihələr reallaşıb: “Güləş insanları bir araya gətirən vasitələrdən biridir. Sevindirici hal odur ki, idman diplomatları qadın güləşçilərin sayının artmasına və inkişafına dəstək verir".
Qeyd edək ki, ABŞ-ın qadın güləşi üzrə 14 mütəxəssisi Azərbaycanda səfərdədir. Mayın 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olacaq, ustad dərsi keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]