Amerikalı güləş mütəxəssisi: Bu layihə Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafına töhfə olacaq
Bakı, 23 may, AZƏRTAC
"Azərbaycana və ABŞ-ın ölkənizdəki səfirliyinə təşəkkür edirəm".
AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan ABŞ-ın "Qız kimi güləş" təşkilatının nümayəndəsi Tela Baçer Milli Olimpiya Komitəsində təşkil edilən mətbuat konfransında deyib.
O, nümayəndə heyətinin 14 nəfərdən ibarət olduğunu bildirib: "ABŞ-ın 4 ştatından burada məşqçilər, güləşçilər və atletlər var. Hazırda Azərbaycanda da öz proqramımızı həyata keçiririk. Məqsəd qadın güləşinin səviyyəsini yüksəltməkdir. Bu, həmçinin iki dövlət arasında münasibətlərin də inkişafına töhfə olacaq. Həqiqətən də Azərbaycanda güləş mədəniyyəti çox yüksəkdir".
Qeyd edək ki, ABŞ-ın qadın güləşi üzrə 14 mütəxəssisi Azərbaycanda səfərdədir. Mayın 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olacaq, ustad dərsi keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]