MOK rəsmisi: Qadın güləşi ilə bağlı layihənin həyata keçirilməsi alqışalayiq addımdır
Bakı, 23 may, AZƏRTAC
"Bu, ABŞ Dövlət Departamentinin və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin müdiri Həsənağa Rzayev ölkəmizdə səfərdə ABŞ-ın qadın güləşi üzrə mütəxəssislərin iştirakı ilə təşkil olunan mətbuat konfransında deyib.
O, bu cür layihənin həyata keçirilməsinin alqışalayiq addım olduğunu bildirib: "ABŞ-dan ölkəmizə səfər edən qonaqlara təşəkkür edirəm. Bu proqram sayəsində iki ölkə arasında idman sahəsində əlaqələr yüksək səviyyədə inkişaf edəcək".
Qeyd edək ki, ABŞ-ın qadın güləşi üzrə 14 mütəxəssisi Azərbaycanda səfərdədir. Mayın 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olacaq, ustad dərsi keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]