Texniki nasaz yük avtomobilinin yolda qalması avtomobil sıxlığının yaranmasına səbəb olub
Bakı, 23 may, AZƏRTAC
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb. Bunun nəticəsində Həsən bəy Zərdabi küçəsi, Mətbuat prospekti-“Qələbə” dairəsi, eləcə də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar aidiyyəti üzrə məlumat verilib, yük avtomobilinin yoldan kənarlaşdırılması və sıxlığın qarşısının alınması sahəsində tədbirlər görülür.