ELM VƏ TƏHSİL
Alim qadınlarımız biologiya sahəsində tədqiqatları ilə böyük uğurlar qazanıblar
![Alim qadınlarımız biologiya sahəsində tədqiqatları ilə böyük uğurlar qazanıblar](/files/2022/1/1200x630/164648950739127819_1200x630.jpg)
Bakı, 5 mart, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova institutun fəaliyyətində qadın əməkdaşların böyük rolu olduğunu vurğulayaraq, digər sahələrdə olduğu kimi, elmdə də xanımların qazandıqları uğurlardan bəhs edib.
Akademik İradə Hüseynova bildirib ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının əksəriyyətini qadınlar təşkil edir. Alim qadınlarımız müasir biologiya sahəsində elmi fəaliyyətləri, tədqiqatları ilə böyük uğurlar qazanaraq həm Azərbaycanda, həm də xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq elmi konfrans və seminarlarda fəal iştirak edir, Azərbaycan elmini dünyaya tanıdırlar.
AMEA-nın müxbir üzvləri İbrahim Əzizov və Novruz Quliyev, institutun icraçı direktoru Ələmdar Məmmədov və başqaları qadınları təbrik edərək onlara ən xoş arzularını bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.