ALİMİN 70 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 1-də Azərbaycan Dillər Universitetində tanınmış dilçi alim, kafedra müdiri, professor Adil Babayevin 70 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Universitetin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, professor Səməd Seyidov alimin elmi-pedaqoji fəaliyyətindən danışmışdır. Qeyd olunmuşdur A. Babayev 1962 - ci ildən bu ali təhsil ocağında çalışır. Rəhbəri olduğu Azərbaycan dilçiliyi kafedrasının yaradıcısıdır.
Çıxış edənlər 10-dan artıq kitabın və elmi məqalələrin müəllifi olan alimin dilçilik elminin inkişafında və kadr hazırlığında xidmətlərindən bəhs etmiş, yüksək insani keyfiyyətlərindən söz açmışlar.
Qeyd olunmuşdur ki, Adil Babayev həm də istedadlı yazıçı - publisist kimi bir sıra dram əsərlərinin müəllifidir.
A.Babayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]