Almaniya Rusiyanı BMT TŞ-də veto hüququndan məhrum etmək təklifini dəstəkləməyib
Bakı, 21 sentyabr, AZƏRTAC
Almaniya Rusiyanı BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etmək barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin təklifini qəbul etməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok ARD telekanalının efirində deyib.
“Biz Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum edilməsini dəstəkləmirik. Mən bunu dəfələrlə ukraynalı tərəfdaşlarımıza çatdırmışam”, - deyə Annalena Berbok bildirib.
Sentyabrın 20-də BMT Təhlükəsizlik Şurasında çıxış edən Volodimir Zelenski BMT nizamnaməsini pozan ölkələrin TŞ-də iştirakının müvəqqəti dayandırılması barədə ideyasını yenidən səsləndirib. Həmçinin o, təşkilatda islahatlara dair baxışlarını ortaya qoyub və Baş Assambleyaya daimi üzvlərin vetosundan yan keçmək hüququnun verilməsini təklif edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına daxil olan 15 dövlətdən yalnız beşi - ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya daimi üzvdür. Digər ölkələr isə yalnız iki il müddətinə seçilir. Beynəlxalq təşkilatın Baş katibi Antoniu Quterreş BMT-nin əksər ölkələrinin Təhlükəsizlik Şurasında islahatların aparılmasını vacib hesab etdiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
- 01.10.2026 [06:07]
NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]