Almaniyada antisemitizmə qarşı mübarizə üzrə ombudsman postu yaradılır
Berlin, 10 aprel, AZƏRTAC
Almaniya hökuməti antisemitizmə qarşı mübarizə üzrə müvəkkil postu yaradır. Diplomat Feliks Klyayn ilk ombudsman ola bilər. O, hazırda səfir dərəcəsində AFR Xarici İşlər Nazirliyinin yəhudi təşkilatları ilə münasibətlər və antisemitizm problemləri üzrə müvəkkili vəzifəsini tutur.
AZƏRTAC xəbər verir ki, F.Klyaynın namizədliyini daxili işlər naziri Horst Zeyehofer irəli sürəcək. Bununla bağlı AFR Daxili İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat yayılıb.
Yəhudilərin Almaniya Mərkəzi Şurası yeni postun yaradılmasını mühüm xəbərdarlıq kimi qəbul edir. Şuranın rəhbəri Yozef Şusterin sözlərinə görə, yeni hökumət koalisiyası bu addımı ilə ölkədə artmaqda olan antisemitizm meyillərinə qarşı mübarizə aparmaq əzmini nümayiş etdirir. O, Klyaynı Almaniyada və ölkənin hüdudlarından kənarda yəhudi icmalarının etibar etdiyi ekspert adlandırıb və antisemitizmə qarşı mübarizədə ombudsmanın qətiyyətli və məntiqli addımlar atacağına əmin olduğunu bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]