ALMANİYANIN DÜSSELDORF ŞƏHƏRİNDƏ NARKOBİZNESÇİLƏRİN BÖYÜK MƏRKƏZİ DAĞIDILMIŞDIR
Polisin məlumatına görə, narkobiznes mərkəzinə Düsseldorfda məskunlaşmış 33 yaşlı Nigeriya vətəndaşı başçılıq edir. Onun kuryerləri isə narkobiznesi və fahişəliyi asan qazanc mənbəyi seçmiş almaniyalı qadınların böyük dəstəsidir. Bu qadınlar mütəmadi olaraq digər ölkələrə göndərilmiş və Almaniya ərazisinə qanunsuz yollarla külli miqdarda narkotik vasitələr gətirmişlər.
Axtarış əməliyyatlarını davam etdirən polis və gömrük əməkdaşları elə həmin gün Münster dəmir yolu vağzalında qatardan düşüb narkobiznes mərkəzinə yollanan 18 yaşlı kuryeri həbs etmişlər. Onun əl çantasında plastik torbalarda qablaşdırılmış kokain və heroin aşkar olunmuşdur. Polis bildirdi ki, qara bazarda bu qədər narkotik vasitənin qiyməti 100 min avroya bərabərdir.