İDMAN
Alpaqut Turan döyüş sənəti üzrə V Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Bakı, 11 mart, AZƏRTAC
Şağan İdman Olimpiya Kompleksində alpaqut Turan döyüş sənəti üzrə V Azərbaycan çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, çempionatda 40 komandanın heyətində 400-dən çox idmançı alpaqut Turan döyüş sənətinə daxil olan aypara, batur, çaymaz və qurşaq sistemləri üzrə mübarizə aparıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda komanda hesabında aypara sistemi üzrə ilk üç yeri müvafiq olaraq Suraxanı, Sabunçu və Ağdam təmsilçiləri tutublar. Batur yarışlarında Laçın, Şəmkir, Polis Akademiyasının yığmaları fərqləniblər. Çaymazçıların mübarizəsində isə Mingəçevir, Kəlbəcər və Ağcabədi idmançıları ən yüksək nəticəyə layiq görülüblər. Laçın, Polis Akademiyası, Ağcabədi qurşaqçıları ölkə çempionatının mükafatçıları sırasında yer alıblar.
Qalib və mükafatçılar diplom və medallarla, komandalar isə kuboklarla təltif ediliblər.