Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-da “Tariximizin keşiyində” filminin təqdimatı olmuşdur

Bakı, 22 dekabr (AZƏRTAC). Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) birgə istehsalı olan “Tariximizin keşiyində” sənədli filminin təqdimatı keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov film haqqında məlumat verərək bildirmişdir ki, bir saatlıq yeni ekran əsərində müəlliflər ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etdiyini, ötən 20 ildə Azərbaycanın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırmış, qazanılan möhtəşəm uğurlardan söhbət açmışlar.

A.Həşimov demişdir ki, müstəqilliyimizin qazanılmasından sonrakı illərdə böyük inkişaf yolu keçmiş Azərbaycanın bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xalqımız üçün böyük uğurdur. Hazırda Azərbaycan bölgədə lider dövlətdir və öz gücünü gündən-günə artırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki ölkəmizdə, o cümlədən bölgədə həyata keçirilən qlobal beynəlxalq layihələrin bəhrəsi göz qabağındadır. Azərbaycan gündən-günə çiçəklənən, dünyada tanınan, beynəlxalq tribunalarda öz sözünü deməyi bacaran bir ölkə olduğunu sübut edir. Qazanılan uğurlar ölkənin hər bir vətəndaşını fərəhləndirir, xalqın dövlətimizin başçısına olan inamı daha da artırır.

Bildirilmişdir ki, AMEA Tarix İnstitutu və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən yüksək səviyyədə hazırlanmış film ölkədə fəaliyyət göstərən televiziya kanalları vasitəsilə tezliklə geniş tamaşaçı kütləsinə təqdim olunacaqdır.

Sonra “Tariximizin keşiyində” sənədli televiziya filmi nümayiş etdirilmişdir.

Filmin nümayişindən sonra çıxış edən AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Yaqub Mahmudov bildirmişdir ki, ölkəmiz tarixin çox mühüm bir dövrünü yaşayır. Hazırda müstəqil Azərbaycan Cənubi Qafqazda ən dinamik inkişaf edən ölkədir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdır. Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyimiz qorunaraq möhkəmləndirilmiş, ölkəmiz siyasi və iqtisadi cəhətdən inkişaf etmişdir.

Bildirilmişdir ki, xalqın bütün təbəqələrinin inandığı və hörmət bəslədiyi ümummilli lider, böyük siyasi iradəyə və təcrübəyə malik şəxsiyyət - Heydər Əliyev ölkənin inkişafının əsasını qoymuşdur. O, müstəqilliyimiz üçün təhlükə törədən amilləri aradan qaldıraraq onu, öz təbirincə desək, dönməz və əbədi etmişdir. Təməli ulu öndər tərəfindən qoyulmuş dayanıqlı və məqsədyönlü inkişaf siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndərin layiqli davamçısı İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi dövründə əldə olunan nailiyyətlərin, iqtisadi uğurların Azərbaycanı həyatın müxtəlif sferalarında dünya miqyasında aparıcı mövqelərə çıxardığı vurğulanmışdır. Bu gün Azərbaycan dünya səviyyəli mötəbər görüşlərin keçirildiyi mərkəzə çevrilmişdir. Bu cür tədbirlərin keçirilməsi Azərbaycanın sülhsevər, tolerant ölkə olduğunu bir daha sübut edir.

Y.Mahmudov ulu öndərin və Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin inkişafında da müstəsna xidmətlərindən bəhs edərək demişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından və AMEA-nın üzvləri, elmi ictimaiyyətlə tarixi görüşündən sonra akademiya sistemində mövcud olan dərin böhran, tənəzzül, hətta iflas proseslərinin qarşısı alınmış və sabitlik yaranmışdır. Elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksək ixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilmişdir. Bu tarixi Fərman Azərbaycan xalqının sosial, iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu, dövlətin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləmişdir. Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev isə elmdə islahatlar, bu sahənin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində mühüm addımlar atmışdır.

Müstəqillik illərində qazanılmış elmi nailiyyətlərdən söz açan Y.Mahmudov Tarix İnstitutunun da əldə edilmiş uğurlarla öncüllər sırasında olduğunu, xüsusən də elmimizin dünyaya inteqrasiyası baxımından fəallığı və məhsuldarlığı ilə seçildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin tariximizin yenidən yazılması ilə bağlı çağırışına cavab olaraq institutun kollektivi Qarabağ və Naxçıvanın, eləcə də İrəvan xanlığının əsl tarixini əks etdirən kitablar nəşr etdirmişdir. Həmin əsərlər müxtəlif xarici dillərə tərcümə olunmuşdur. Bununla yanaşı, “Borçalı tarixi” və “Dərbənd tarixi” kitabları üzərində işlərin tezliklə başa çatdırılması nəzərdə tutulmuşdur.

Alim vurğulamışdır ki, təqdim olunan sənədli film AMEA-nın kollektivinin, bütövlükdə elmi ictimaiyyətin ulu öndərə və onun layiqli varisi Prezident İlham Əliyevə minnətdarlıq duyğularının ifadəsidir. Ölkə başçısı haqqında film çəkməyin çətin bir iş olduğunu qeyd edən Y.Mahmudov gələcəkdə bu ekran əsərinin daha da təkmilləşdiriləcəyini, buraya yeni kadrların əlavə olunacağını bildirmiş, onun ərsəyə gəlməsində əməyi olanlara təşəkkür etmişdir.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, mədəniyyət komitəsinin sədri, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Nizami Cəfərov filmin məziyyətlərindən, tarixi həqiqətləri əks etdirməsindən danışmışlar. Yeni ekran əsərinin tarix və mədəniyyətin qovuşmasının təntənəsi olduğunu qeyd edən natiqlər onu yüksək qiymətləndirmişlər.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Arif Alışanov tədbirin iştirakçılarına dərin minnətdarlığını bildirərək demişdir ki, filmin yaradıcılarının işinin yüksək qiymətləndirilməsi xalqımızın ictimai-siyasi həyatında mühüm rol oynayan dövlət xadimlərimizlə bağlı yeni-yeni ekran əsərlərinin yaradılmasına, alim və mütəxəssislərlə işbirliyinin bundan sonra da davam etdirilməsinə stimul verəcəkdir.

Bir saatlıq sənədli filmin müəllifi və aparıcısı Y.Mahmudov, rejissoru Zahid İsmayılovdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir