AMEA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini anıb
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kollektivi 20 Yanvar faciəsinin 36‐cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin məzarları üzərinə qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.