Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb

Bakı, 19 aprel, P.İmanova, AZƏRTAC

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunan “Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən olan Həmid Araslının çoxsaylı araşdırmaları ilə ədəbiyyatşünaslığımızın inkişafına dəyərli töhfələr verdiyini deyib. Bildirib ki, Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində ədəbiyyatşünas alimin müstəsna xidmətləri olub. H.Araslı yarıməsrlik tədqiqatçılıq və ədəbiyyatşünaslıq fəaliyyəti dövründə Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar aparıb, xalqımızın ölməz abidəsi olan “Kitabi-Dədə Qorqud”un Azərbaycanda ilk tədqiqatçısı kimi tanınıb.

İ.Həbibbəyli qeyd edib ki, “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında” ölkə rəhbərinin 2019-cu il 11 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın tədbirlər planı təsdiqlənib. Tədbirlər planına əsasən bu böyük şəxsiyyətin 110 illiyi ilə bağlı AMEA-nın müvafiq institutlarında tanınmış elm xadimlərinin, müvafiq dövlət strukturlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər təşkil olunur, alimin zəngin elmi irsinə nəzər salınır.

AMEA-nın vitse-prezidenti bildirib ki, H.Araslının irsində klassik ədəbiyyat, folklorşünaslıq, mətnşünaslıq, Şərq xalqlarının ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatlar xüsusi yer tutur. Azərbaycan elmi ictimaiyyəti H.Araslını klassik Azərbaycan ədəbiyyatı sahəsində böyük elmi məktəb yaratmış görkəmli alim kimi tanıyır və onun irsinə ehtiramla yanaşır.

İ.Həbibbəyli alimin elmi-təşkilati fəaliyyətinin AMEA ilə bağlı olduğunu, onun akademiyanın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Əlyazmalar, Ədəbiyyat və Şərqşünaslıq institutlarında çalışdığını diqqətə çatdırıb. Bildirib ki, AMEA sistemində onun fəaliyyəti bir çox qurumları əhatə edir. Görkəmli alimin “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi ədəbiyyat tariximizin dövrləşməsi baxımından böyük əhəmiyyətə malikdir.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək görkəmli alimin elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, Azərbaycanda Əlyazmalar Fondunun yaranması Həmid Araslının adı ilə bağlıdır. AMEA-nın Əlyazmalar İnstitutu da məhz həmin fondun bazasında yaradılıb. Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirak edib.

Tədbirdə AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı, fədakar elm təşkilatçısı” mövzusunda məruzə ilə çıxış edib.

G.Baxşəliyeva ədəbiyyatşünaslığın böyük cəfakeşi H.Araslının Azərbaycan ədəbiyyatının öyrənilməmiş problemlərini tədqiq etdiyini, alimin orta əsrlər mərhələsinin bir çox naməlum və ya az tanınan simaları və bədii nümunələri haqqında ilk araşdırıcı olduğunu söyləyib. O, böyük alimin özünün elmi-nəzəri mülahizələri, üzə çıxardığı yeni materiallara və mənbələrə orijinal yanaşması ilə yeni bir ədəbi məktəbin əsasını qoyduğunu bildirib.

Məruzəçi ədəbiyyat tariximizin sistemləşdirilərək tədqiqata cəlb edilməsində görkəmli alimin müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, H.Araslının həm də mətnşünas alim kimi müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və başqa görkəmli şairlərin əsərlərini dəfələrlə nəşr etdirib. O, 1939-cu ildə “Kitabi-Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də bütün türkologiya elminə böyük xidmət göstərib. Görkəmli alim digər Şərq xalqlarının ədəbi irsinə də geniş maraq göstərib, Şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini tədqiq edib, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi də məşhurlaşıb.

G.Baxşəliyeva bildirib ki, H.Araslını və onun əsərlərini keçmiş SSRİ respublikaları ilə yanaşı, Türkiyə, İran, İraq və İordaniyada da gözəl tanıyır və yüksək qiymətləndirirdilər. O, Özbəkistanın Əməkdar elm xadimi, Türk Dil Qurumunun fəxri üzvü, İraq Akademiyasının fəxri akademiki və İslam sivilizasiyasını öyrənən İordaniya Kral Cəmiyyətinin fəxri üzvü kimi yüksək adlara layiq görülüb.

Tədbirdə Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin müdiri, professor Vilayət Cəfərov “Azərbaycan-İraq elmi-ədəbi əlaqələrinin inkişafında akademik Həmid Araslı mərhələsi” mövzusunda məruzəsində alimin ərəb dünyası, o cümlədən İraqla bağlı apardığı tədqiqatlardan, elmi və ədəbi əlaqələrin qurulmasında rolundan bəhs edib.

İnstitutun türk filologiyası şöbəsinin müdiri, dosent Səriyyə Gündoğdu “Akademik Həmid Araslının Azərbaycan şərqşünaslığının inkişafında rolu” mövzusunda məruzəsində isə alimin Şərq xalqlarının söz sənəti ilə qarşılıqlı əlaqələrini müəyyənləşdirən çoxcəhətli elmi axtarışlar apardığını və bu tədqiqatlarla Azərbaycan şərqşünaslığının inkişafında böyük rol oynadığını qeyd edib.

Konfransda akademiklər Vasim Məmmədəliyev, Möhsün Nağısoylu, professor Solmaz Rüstəmova-Tohidi və digər çıxış edənlər Həmid Araslının elmi yaradıcılığından, tədqiqatlarından və Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində xidmətlərindən söz açıblar.

Sonda çıxış edən alimin qızı, AMEA-nın müxbir üzvü Nüşabə Araslı atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərinə, həmçinin tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY